“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
“Yalvardım, amma 20 mindən çox pul göndərmədi” - Özcanın anası
Türkiyə şou-biznesində aylardır Özcan Deniz və ailəsi arasındakı mübahisələr gündəm olaraq qalmaqdadır.
“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, müğənninin anası Kadriye Deniz ilk dəfə bu barədə “Günaydın” verilişinə danışıb.
K.Deniz oğlunun ona göstərdiyi maddi yardım mövzusunda xəsis olduğunu bildirib: “Özcan müsahibələrində deyir ki, evləndim, pul verməyi dayandırdım, ona görə belə edirlər. Özcandan soruşuram, hansı puldan danışırsan? Mən həmişə təvazökar yaşamışam. Heç vaxt sürücüm və ya xadiməm olmayıb. Heç vaxt brend paltar geyinməmişəm, səyahət etməmişəm və bahalı restoranlarda yemək yeməmişəm. Pulu kəsdim deyib, ona hücum etdiyimizi insanlara necə deyə bilər? Özcan, özünə gəl! Milyonlar qazanır, amma mənə ayda cəmi 20 min lirə (800 manat) ödəyir. Yalvardım, 20 min türk lirəsindən artıq pul göndərmədi”.
Müğənninin anası bildirib ki, dərmanlarını belə özü alır: “Sığortam yoxdur, ona görə də dərmanlarımı özüm alıram. Məni evdən qovanda kirayədə qaldım, köhnə bir evə köçdüm. İçində heç bir mebel də yox idi. Özcan Samarın (həyat yoldaşı) ailəsi üçün təzə mebel alarkən, mən köçdüyüm ev üçün ikinci əl mebel aldım. Evi özüm sildim, süpürdüm və təmizlədim. Mənim 70 yaşım var”.
“Ağlıma da gəlməzdi ki, övladlarım bir-birini məhkəməyə verər. Həm Özcanla, həm də Ercanla həmişə fəxr etmişəm. İndi ikisinə də çox qəzəbliyəm. Mən övladlarımı belə böyütməmişdim”, - ana öz narazılığını bildirib.




























































