Xəbər Lenti
Dünən, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
09 Dekabr 2022 15:32Mədəniyyət
“Backstreet Boys”un üzvü təcavüzdə ittiham edilir: “Dayanması üçün dəfələrlə yalvardım...” - FOTO/VİDEO
Autizm və serebral iflicdən əziyyət çəkən amerikalı Şennon Rut “Backstreet Boys” qrupunun üzvü Nik Karterin onu zorladığı iddiası ilə məhkəməyə müraciət edib.
Təcavüzün illər öncə, özünün azyaşlı olduğu vaxt baş verdiyini iddia edən qadın 30 milyon dollar təzminat tələb edir.
İddiaya görə, qrupun 2001-ci ildə Vaşinqtonda verdiyi konsertdən sonra Karter avtoqraf üçün növbədə dayanmış qızı görüb və həmin vaxt 17 yaşında olan Rutu öz tur avtobusuna dəvət edib.
İddiaya görə, müğənni ona “VIP juice” adlı içki verib, sonra da cinsi təcavüz edib.
“Mən dayanması üçün ona dəfələrlə yalvardım. Bundan (təcavüzdən) sonra o məni hədələdi. O, həm də Nik Karter olduğu üçün insanları mənə qarşı çevirəcəyini və həyatımı məhv edəcəyini söylədi”, - deyə hazırda 39 yaşında olan Rut əlavə edib.
Bundan əlavə, Rutun vəkilləri bu hadisə nəticəsində qızın insan papillomavirusuna yoluxduğunu iddia edirlər.
Nik Karter isə fanatını zorladığına dair şayiələri təkzib edib.
“20 il əvvəl baş verdiyi deyilən hadisə ilə bağlı bu iddia nəinki hüquqi cəhətdən əsassızdır, həm də tamamilə həqiqətə uyğun deyil”, - deyə müğənninin vəkili Maykl Holtz bildirib.
Vəkil vurğulayıb ki, Rut bir neçə ildir ki, Karterə qarşı saxta ittihamlar irəli sürmək üçün manipulyasiya edilir.