ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Şəmkirdəki qəzada xəsarət alanların vəziyyəti - Açıqlandı
Xəbər verdiyimiz kimi, bu gün Şəmkir rayonunda baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq xəsarət alanların hazırkı vəziyyəti ilə bağlı məlumat verilib.
Bildirilib ki, səhər saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
“Yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.
2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir”.
Qeyd edək ki, Qəza “Mercedes Sprinter” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb.























































