MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
STP-də yeni təyinatlar
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub.
STP-dən “Qafqazinfo”ya verilən məlumata görə, eyni zamanda şirkətin baş icraçı direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul olunub.
STP-nin Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində “PAŞA Group”a daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yeni sədrin rəhbərliyi STP-nin institusional gücünü daha da artıracaq və dayanıqlı inkişafına töhfə verəcək.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni baş icraçı direktor daha əvvəl SOCAR, “Equinor”, “Ernst & Young”, “PwC”, “PAŞA İnşaat” və bir sıra digər iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP-nin növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
K.Nəbizadə isə iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.
Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib.
Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, baş icraçı direktor vəzifəsini isə Hicran Valehov icra edirdi.
Hazırda STP Şirkətlər Qrupu 250 hektarlıq ərazidə, 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və 2000-dən artıq əməkdaş çalışır. Şirkət “Made in Azerbaijan” brendi altında Avropa, Rusiya, Türkiyə və Orta Asiya bazarlarına yüksək keyfiyyətli məhsullar ixrac edir. STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəsi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləyərək əldə edə bilərsiniz.






















































