Menu
Xəbər Lenti
TƏBRİK MÜRACİƏTİ
15-06-2026, 18:17

TƏBRİK MÜRACİƏTİ

Sürücülərin nəzərinə!
14-06-2026, 13:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 13:05

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 12:55

Hidayət Orucov vəfat etdi

04 Avqust 2025 09:10Manşet / Mədəniyyət

“Bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim...”

 

“Mənim üçün çox böyük itki, çox böyük ağrıdır”.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevdən danışarkən bildirib.

“Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim...”, - deyə Xalq yazıçısı söyləyib.

Xatırladaq ki, Xalq yazıçısı Elçin Əfəndiyev ötən gün 82 yaşında dünyasını dəyişib.