Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Zərifə Əliyeva fenomeni – elmin, humanizmin və şəfqətin zirvəsi”
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Enerji təhlükəsizliyinə sədaqətlə xidmət edən rəhbər: Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs H.Z.Tağıyev adına Su Təchizat İdarəsinin rəisi Seyidov Mirkamil Miriş oğlunun 67 yaşı tamam olması münasibətilə təbrik
Bu gün uzun illərdir Azərbaycan su təsərrüfatı sahəsində səmərəli fəaliyyəti ilə tanınan, zəngin təcrübəsi, prinsipial mövqeyi və işgüzar fəaliyyəti ilə seçilən hörmətli dövlət qulluqçusu – Seyidov Mirkamil Miriş oğlu 67 illik ömür yolunu tamamlayır. Bu münasibətlə “Xeberim.info” informasiya portalının redaksiya heyəti olaraq Mirkamil müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, firavan həyat, yeni-yeni uğurlar və dövlətinə, xalqına uzun illər xidmət etməyi arzulayırıq.
Seyidov Mirkamil Miriş oğlu illərdir ki, ölkənin su təsərrüfatı sistemində yüksək vəzifələrdə çalışaraq, məsuliyyətli işlərə rəhbərlik etmiş, ölkə rəhbərliyinin və ictimaiyyətin etimadını qazanmış ziyalı və peşəkar kadrlardan biridir. Onun rəhbərlik etdiyi H.Z.Tağıyev adına Su Təchizat İdarəsi, bugün Bakı və ətraf ərazilərin dayanıqlı və keyfiyyətli su ilə təminatında mühüm rol oynayır. Bu uğurların arxasında Mirkamil müəllimin yorulmaz əməyi, təşkilatçılıq bacarığı və vətənə olan sonsuz sevgisi dayanır.
Mirkamil müəllim rəhbərlik etdiyi kollektivdə daim mehribanlıq, qarşılıqlı hörmət və peşəkarlıq mühiti formalaşdırmağa nail olmuşdur. O, təkcə rəhbər kimi deyil, həm də müdrik bir ağsaqqal kimi hər zaman iş yoldaşlarının, həmkarlarının və gənc mütəxəssislərin arxasında durmuş, onlara yol göstərmişdir. Onun rəhbərliyi dövründə həyata keçirilən su təchizatı layihələri, infrastruktur yenilənmələri və vətəndaş məmnunluğuna yönəlmiş təşəbbüslər bu gün də uğurla davam etdirilir.
Mirkamil müəllimin ömür yoluna nəzər saldıqda görürük ki, bu yol yalnız xidməti vəzifələrlə yox, həm də vətəndaşlıq borcunu vicdanla yerinə yetirmək nümunələri ilə zəngindir. O, daim dövlətinə sədaqətli, xalqa yaxın, vəzifəsini ləyaqətlə yerinə yetirən bir şəxs kimi tanınıb və sevilib.
Həyatının 67-ci baharına qədəm qoyan Mirkamil müəllimə bu əlamətdar gündə ən xoş arzularımızı çatdırırıq. Arzu edirik ki, Mirkamil müəllim bundan sonra da sağlamlığı və yüksək mənəvi keyfiyyətləri ilə fəaliyyətini uğurla davam etdirsin, daim ailəsinin, yaxınlarının və iş yoldaşlarının sevgi və hörmətini qazansın.
Bir daha “Xeberim.info” adından Seyidov Mirkamil Miriş oğlunu təbrik edir, ona dövlətçilik yolunda və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Doğum gününüz mübarək, dəyərli Mirkamil müəllim!
Dilşad Əhmədova
Baş redaktor























































