Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
29 İyul 2025 11:08Manşet / Mədəniyyət
“Arif Babayevin vəziyyətində müsbət dinamika yoxdur”
Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Qafqazinfo”ya Mərkəzi Klinikanın baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.
Onun sözlərinə görə, xəstənin öz tənəffüsü mövcud olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeyd olunmur: “Eyni zamanda böyrək funksiyaları başda olmaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyəti ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzərə alınaraq xəstənin hərtərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”.
Nuranə Daxilqızı























































