Xəbər Lenti
Bugün, 12:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Bugün, 11:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
Dünən, 14:10
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Dünən, 12:04
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
2-10-2026, 11:47
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
25 İyul 2025 11:37Manşet / Mədəniyyət
“Atamın vəziyyəti yaxşılığa doğru gedir” - Arif Babayevin oğlu - Yenilənib
Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.
“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.
***
Xalq artistinin oğlu Yaşar Babayev saytımıza açıqlamasında atasının vəziyyətinin hazırda stabil olduğunu bildirib.
“Atamın vəziyyəti yavaş-yavaş yaxşılığa doğru gedir. Həkimlərin nəzarəti altındadır. Bu gün bir az irəliləyiş var, çox sevinmişik”, - o əlavə edib.
Nuranə Daxilqızı






















































