Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Oyun meydançasından çəkiliş meydançasına - Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı
“Balakhani Operating Company LTD”-nin futbol komandası tarixi Zəfərimizin 5 illiyinə həsr edilən filmdə yer alıb.
“Qafqazinfo” xəbər verir ki, hasilat şirkətinin dəstəyi ilə həyata keçirilən layihə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsüdür.
Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsərlərinin birinin motivləri əsasında çəkilən qısametrajlı bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir. Gənc rejissor Gəray Həsənovun filmində baş rolları Azər Aydəmir, Günay Əhməd və Nurlan Mürsəlzadə ifa edirlər. ASAN TV tərəfindən həyata keçirilən çəkiliş prosesində YAŞAT Fondu ekspert dəstəyi ilə çıxış edir.
Bakıdakı yaşayış ərazilərinin birində çəkilən futbol səhnəsində “Balakhani Operating Company LTD”-nin futbol komandasının üç üzvü Bəxtiyar Fərəcov, Sərxan İrzaquliyev və Rəhman İsrafilov yaradıcı heyətə qoşulublar.
Özü Vətən müharibəsi iştirakçısı olan Sərxan İrzaquliyev çəkiliş zamanı həyəcanını gizlətməkdə çətinlik çəkirdi. “Baş rolun ifaçısı Azər Aydəmirin rahatlığını gördükdən sonra mənim də həyəcanım tədricən keçdi. Çəkiliş zamanı “müharibə veteranı” ifadəsi səsləndikcə, 44 günlük Vətən müharibəsində yaşadığım anlar gözlərimin önündən keçirdi və özümü bir daha çox qürurlu hiss edirdim. Bu qələbəmizi filmlərdə və ekranlarda yaşadan hər kəsə öz minnətdarlığımı bildirirəm”.
Veteran Bəxtiyar Fərəcov isə çalışdığı hasilat şirkətinin belə layihəyə dəstək verməsini çox təbii hesab edir: “Sıralarımızda 400-ə yaxın 2-ci Qarabağ Müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri çalışır. Bu filmdə iştirak etmək mənim üçün böyük qürur mənbəyi idi. Çəkiliş prosesi çox maraqlı və həyəcanlı keçdi. Bu layihədə mənə də yer verildiyi üçün şirkətin bütün kollektivinə və çəkilişdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Rəhman İsrafilov da istidə açıq hava şəraitində keçirilən çəkilişlərdən sonra layihədə iştirakından olduqca məmnun idi. “”Qazilərimizlə eyni səhnələri paylaşmaq çox dəyərli bir hiss idi. Filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Qeyd edək ki, “Balakhani Operating Company LTD”-nin futbol komandası “Əsrin Müqaviləsi”nin 30 illiyinə həsr edilmiş SOCAR-2024 minifutbol turnirinin qalibləridir.


























































