Xəbər Lenti
Dünən, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
17 Yanvar 2023 13:44Mədəniyyət
“Suğra və oğulları” bədii filmi kinoteatrda
Yanvarın 19-da rejissor İlqar Nəcəfin çəkdiyi “Suğra və oğulları” filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçıların ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan filmdə İkinci Dünya müharibəsi dövrü Azərbaycanda – arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur.
Qeyd edək ki, əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılan filmin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.
Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşçu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).
İlqar Nəcəf film haqqında bildirib ki, “Suğra və oğulları” filminin ssenarisi təqribən, 12-13 hekayənin əsasında yaranıb.
Xatırladaq ki, filmdə Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar.
Film Hindistanda Kerala Beynəlxalq Kino Festivalında, Almaniyanın Nürnberq şəhərində Türkiyə-Almaniya Film Festivalının “Kinematoqrafiya dünyaları” bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Ekran mükafatlarının “Ən yaxşı ssenari” mükafatına nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.