Menu
Xəbər Lenti
Tokayev Türkiyəyə gedir
25-07-2025, 09:26

Tokayev Türkiyəyə gedir

Azərbaycan nefti bahalaşdı
25-07-2025, 09:20

Azərbaycan nefti bahalaşdı

25 il sonra ilk dəfə...
25-07-2025, 08:42

25 il sonra ilk dəfə...

Tokayev Türkiyəyə gedir
25-07-2025, 08:35

Tokayev Türkiyəyə gedir

26 İyul 2025 09:30Manşet / Kriminal

Ögey qızından əvvəl kommunal xidmətin işçisini zorlayıbmış...

 

Bir müddət əvvəl Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 12 yaşlı qızın cəzaçəkmə müəssisəsində saxlanılan ögey atası ilə görüş zamanı cinsi zorakılığa məruz qalması barədə məlumat yayıb. Həmin paylaşım ictimaiyyətdə geniş rezonans yaratdı. Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayaraq azyaşlının müvəqqəti sığınacağa yerləşdirildiyini bəyan etdi.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qarışıq rejimli cəzaçəkmə müəssisələrindən birində baş verib.

Orada saxlanılan 43 yaşlı məhkum Şamo Rəsulov həmin 12 yaşlı qızın anası ilə nikahdadır. Bu səbəbdən qadın uzunmüddətli görüş üçün müəssisəyə gedərkən 12 və 7 yaşlı qızlarını da özü ilə aparıb. Faciə də belə başlayıb.

İddia olunur ki, üçgünlük görüş zamanı Şamo Rəsulov həyat yoldaşının yetkinlik yaşına çatmayan qızına cinsi zorakılıq edib.

Məlum olub ki, Şamo 3 il əvvəl elə zorlama cinayətinə görə məhkum edilibmiş. O, yaşadığı evə kommunal ödəniş toplamağa gələn Mənzil-Kommunal Təsərrüfat Departamentinin əməkdaşı olan orta yaşlı qadını zorlayıb. Zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etmə və qanunsuz azadlıqdan məhrumetmə cinayətlərində təqsirli bilinən kişiyə 10 il həbs cəzası verilib. Ş.Rəsulov hökm qüvvəyə minən vaxtdan “zon”a köçürülüb.

Məsələ prokurorluğun nəzarətindədir, Xətai Rayon Prokurorluğunda araşdırma başlanılıb, dəlil və sübutlar toplanılır.