Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu
“Neçə gündür Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı pedofildən dünyaya uşaq gətirməsi gündəmi zəbt edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.
K.Ağazadə bildirib ki, indi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir:
“Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib”.
***
DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M-in valideynləri Rayon Polis Şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbət aparılıb. O, profilaktik uçota alınmaqla, valideynlərinin himayəsinə təhvil verilib.























































