18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Masallıda 16 yaşında ərə verilən qızın toyundan görüntülər - YENİLƏNİB
Masallıda 16 yaşlı qızın 27 yaşlı kişiyə ərə verilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Sözügedən görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.
Videoda 16 yaşlı qızın toy mərasimindən görüntülər əks olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər.
Ətraflı süjetdə:
13:48
Masallı rayonunda gənc qızın ərə verilməsi barədə bir neçə təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, kənd sakini F.H.-nın 12 yox, 16 yaşı var. Babasının himayəsində olan F.H. Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verilib. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Hazırda F.H. Masallı rayonuna babasının yanındadır.
Digər əldə etdiyimiz məlumata görə, F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisədən məlumatlıdırlar. Hazırda həmin məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində 12 yaşında olduğu deyilən yeniyetmənin özündən yaşca çox böyük biri ilə evləndirilməsi barədə məlumat verilib.
Dursun Tağıyeva






















































