Xədicə Ələkbərova – Qobu qəsəbə təhsilinin fədakar rəhbəri, maarifçiliyin ləyaqətli siması
Xeyriyyəçi xanım Zərniyar Kərimova xalqın ümidi, millətin sütunu Ulu Öndər Heydər Əliyevi hörmətlə yad edir
Azərbaycanın təhlükəsizlik sisteminin dayanıqlığı: ARHD.az-ın hüquqi dövlət prinsiplərinə dəstək bəyanatı
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Tanınmış iş adamı Spartak Nadirov nədən məhkəməyə verilib: Hətta Ramiz Mehdiyevin adamları vaxtilə onu həbs etdirə də biliblər
Şirvan şəhərində yeni qəbiristanlıq sahəsinin yaradılması – dəyərlərimizə, tariximizə və gələcəyimizə hörmət nümunəsi
Gecə ilə səkini tutub, ağacların dibini asfaltlayaraq parkinq etdilər - Cəzalandırılanlar var
Bakıda piyada səkisini qanunsuz parkinqə çevirən MMC direktoru cəzalandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, iyulun 23-ü sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal Agentlik tərəfindən araşdırma aparılıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən “Bakı 4 N-li Yol İstismarı” MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.
AAYDA-nın İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilib, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.
Qurum vətəndaşlardan xahiş edir ki, yol infrastrukturuna müdaxilə halları ilə rastlaşdıqda bu barədə Agentliyə və ya aidiyyəti qurumlara məlumat versinlər.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin ərazidən fotolar paylaşılaraq piyada səkisinin icazəsiz sökülüb yaxınlığındakı ağacların dibinin asfaltlanaraq parkinq edilməsi barədə məlumat yayılıb.


























































