Qazaxda milli mətbuatın 150 illik yubileyi qeyd olunub.
Turkdunyasi.az xəbər verir ki, Qazax Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qazax Olimpia İdman Kompileksində təşkil edilən bayram tədbirində qərb bölgəsinən olan 26 nəfər media nümayəndəsi işdirak edib.
Bayram tədbirnən öncə Azərbaycan Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qazax Tovuz Regional Gənclər və İdman İdarəsinin Rəisi Əziz Məsməliyev milli mətbuatın zəngin tarixi irsinən, mətbuata göstərilən dövlət qayğısından danışıb.O vurğulayıb ki, Ümumilli lider Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.1875 ci ildə Əkinçi qəzetinin nəşr edilməsi ilə əlaqədar olaraq Azərbaycan mətbuatının əsası qoyulmuşdur və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mətbuatının 150 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb və həmin sərəncama müvafiq olaraq Qazax Tovuz regional gənclər və idman idarəsi tərəfindən mətbuatın yaranmasının 150 illiyi Qazax rayonunun da qeyd olunur. Bizdə Turkdunyasi.az informasiya portalının bütün yaradıcı kollektivi adından tədbirin təşkilatçısına, təşəkkür edir, eyni zamanda bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edirik. Peşə bayramınız mübarək .
Xəbər Lenti
12-08-2026, 21:17
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
11-08-2026, 22:09
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
11-08-2026, 16:42
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
11-08-2026, 11:52
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
10-08-2026, 15:08
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
10-08-2026, 10:34
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Qazaxda milli mətbuatın 150 illik yubileyi qeyd olunub-Foto






























































