Menu
Xəbər Lenti
“Azeri Light” bahalaşdı
18-07-2025, 09:19

“Azeri Light” bahalaşdı

21 İyul 2025 09:46Manşet / Siyasət

“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” - Kamaləddin Qafarov

 

“Bu günlərdə ölkəmizdə milli mətbuatımızın yaranmasının 150 illiyi qeyd olunur. Bildiyimiz kimi, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulub. Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri milli mətbuatımızın 150 illiyi ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, “Əkinçi”nin 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. “Ümummilli Lider Heydər Əliyev Azərbaycan milli mətbuatının inkişaf yolunu yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. Həmin dövrdə Rusiya imperiya dairələri qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Artıq ötən əsrin əvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar”.

Fikirlərini davam etdirən K.Qafarov müstəqillik illərində milli mətbuatımızın inkişafı yönümündə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən önəmli islahatlardan bəhs edib: “Bütün digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Birmənalı olaraq deyə bilərik ki, demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artmışdır. Həyata keçirilən islahatlar milli mətbuatımızın dayanıqlı inkişafına səbəb olub. Nəticə olaraq Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. O cümlədən, 1998-ci ildə Ulu Öndər tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına güclü təkan verdi”.

Millət vəkili son illər ərzində milli mətbuatımızın inkişafı üçün ölkəmizdə, xüsusilə əlverişli şəraitin yaradıldığını vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyev mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla və eyni zamanda xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib hesab edir, söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi dəyərləndirir. Birmənalı olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik uğurla inkişaf edir”.