bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM-AYDINLARA GÖZAYDINLIĞI
Təsisat olaraq dövlətçilik dəyərləri, milli kimlik qayəsi, türkçüluk məslək-məfkurəsi, agsaqqal düşüncəsi, gənclik şövq-təpəri, Turan sevdası işığında yola çıxmış "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyi ilk addımlarından uğurlu layihələrə imza atmaqdadir.
Soykökə sevdası, həvəsi,
Milli mənlik, türklük - havası,
Məslək-məramında haqq səsi-
Türk Ağsaqqalları Birliyi!
Ulu Türk elləri -Turanım!
Yurd-yurd düzüm, dağım, aranım...
Türklük kəhkəşanım, ad- sanım,
Türk Ağsaqqalları Birliyi! yeni
Bu gündən sabaha bir yoldu,
İnancında qutsal, pir yoldu,
Ağsaqqal xilqətdə nury yoldu,
Türk Ağsaqqalları Birliyi!
Düşünürəm ki, qədimliyi qədərincə çağdaş səslənən bir deyimi yada salmaq yerində olar: "Elin gözü tərəzidir". Cəmiyyətdə qədərincə tanınan, adı hörmətlə çəkilən ziyalılarımızın günü - gündən bu ictimai təsisata marağı, üz tutması da
elə bu el deyiminin ehtiva etdiyi məntiqlə, məna siqlətilə şərtlənir. Fikrimə bariz nümunə olaraq #TAİB-in bu günlərdə
Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfərimizin izi ilə" devizi altında Qarabağ səfərində coşqulu tədbirlər keçirməsi və Cıdır düzündə fəxarət, qürur doğuran duyğulu yaşantıların sərgiləndiyi məqamları qeyd etmək olar.
Belə ki, Təşkilatın Cıdır düzündə keçirdiyi möhtəşəm tədbirdə el adamı, sabiq dövlət qulluqçusu, ictimai xadim, "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin (#TAİB) Sədr müavini Eyvaz Səfər oğlu Hünbətov (Eyvaz Qunbatov)tərəfindən iki azman alim - aydınımıza: Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev və pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Quliyevə (Dilqəm Quliyev) üzvlük vəsiqəsi, eləcə də TAİB-in Qadınlar Şurasının sədr müavini, şəhid zabit xanımı, şair Sara Göyçəliyə (Sara Sərifova) Təşkilatın müvafiq vəsiqəsi təqdim olundu. Vətəndaş, qələm adamı, TAiB təmsilçisi olaraq bütün varlığımı Zəfərimizin milli kimliyimizə gətirdiyi qürur bürüyür. Cıdır düzündə vaxtilə hayların başçısı halay gedərək Qarabağ bizimdir, noqtə" demişdi. Epoxal Dövlət Başçımız isə "Qarabağ Azərbaycandır, nida" dedi və sözünü Dəmiryumruqla təsdiq etdi. Beləcə, "QƏLƏBƏM - QƏLP QƏLBƏ QƏLPƏ" misra-misra yarpaqladı:
Üzümdən-gözümdən işıq ələnir,
Qələbəm qəlp qəlbə qəlpə kimidi...
Üçrəngli Bayrağım nura bələnir,
Sevincə yaş tutan bəllidi kimdi...
Qürurum, Sərəfim - Azərbaycanım,
Qeyrətsən, Heyrətsən, ərən şəstinlə!
Zəfər yürüşünlə qaynayır qanım,
Dünya hesablaşır artıq Səninlə!..
Doğub Qarabağda zəfər günəşi,
Zəfərgözlü şəfəq göz qamaşdırır.
Ordumun çiynində Vətən savaşı
İşğala son qoyur, sədləri aşır...
Şaddır Şəhidlərin zəfərlə Ruhu,
Düşməndən qisasın alındı, Vətən!
Ovunur qovrulan torpağın ahı...
Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!
...İllərlə yağı tapdağında əsir qalmış bu torpaqları ziyarət və burada keçirilən hər bir tədbir əslində şüküranğın, bizə bu xoşbəxtliyi bəxş edən başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Vətən köynəyindən keçən, andını Vətənə içən, canını fəda etdiyi qutsal Vətən torpağına əbədən köçən şəhidlərimizə, Qələbə qoxulu qazilərimizə, xilaskar Ordumuza xalq ehtiramının təcəssümü, sonsuz sevginin, vəfa borcunun ifadəsidir.
Cıdır düzündə TAİB-in iki alim-aydınımıza üzvlük vəsiqəsinin təqdim olunması obrazlı desəm, qutsal məkanda azaman alim - aydınlarımıza həm də bir gözaydınlığıdir...
Tapdıq ƏLİBƏYLİ
TAİB-in İdarə Heyətinin üzvü























































