Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
ŞÖHLƏT ƏFŞAR – 75
3 mart – unudulmaz Turan sevdalısı, ziyalı qayəsi xaliqə məhəbbət, xilqətə mərhəmətdən, Vətən sevgisindən yoğrulmuş dəyərli aydınımız, şair-publisist Şöhlət Əfşarın (Axundov Şöhlət Əşrəf oğlu) 75-ci mövlud günüdür. Fikrimi iki illik zaman məsafəsindən geriyə - Şöhlət Əfşarlı günlərə günlükləyirəm.2022-ci ilin 29 yanvar tarixində Dünya Əfşarlar Birliyinin təsis olunmasının 6 illiyi münasibətilə Türkiyəyə yola düşdü... O vaxt fərəhlə, qürurla yazmışdım: Əziz Dünya Əfşarlar Birliyinin təmsilçiləri, əziz Türk sevdalıları, hər birinizi Böyük Türk ruhunun işığında sevgi-sayğılarla salamlayıram.
Ariflərin təfəkkür süzgəcindən keçib-gələn bir el deyimi var: Yol gedənindir. Siz artıq birlik olaraq 6 illik bir yol keçmisiniz. Fərəhli haldır ki, kecilən yol məsuliyyəti qədərincə şərəflidir.
Dünya Əfşarlar Birliyi türkçülük məfkurəsinin təqdiri və təlqini yönündə dəyərli işlər görməkdə, türk törəsinin təbliğində mühüm addımlar atmaqdadır Təbii ki, bu işin uğurlu olmasını şərtləndirən mühüm cəhətlərdən biri möhkəm, dürüst təməldən boy göstərməsidir.
Tarixdə türk-hökmdar imzası olan, təqribən 37 il at belində döyüşlərə qatılan, Əfşar İmperatorluğunun qurucusu Nadir Şah Əfşarın belə bir deyimi var: “Mənim kimliyimi bilmək istəyən mənim həyatımı bilməlidir ki, kimliyimi dərk etsin”.
Bax, bu möhtəşəm fikrin ehtiva etdiyi bir yoldu Dünya Əfşarlar Birliyinin amalı...
Türk məfkurəsi, ağsaqqal düşüncəsi işığında amalınız, amacınız, yönünüz, yolunuzu, 6 illiyinizi qutlayıram.
Vətənə dönməsini səbirsizliklə gözləyirdik, əvəzində hər birimizi sarsıdan bir xəbər aldıq: “Türk Ağsaqqallar Birliyinin Təşkilat Komitəsinin üzvü, Dünya Əfşarlar Birliyinin Azərbaycan təmsilçisi, şair-publisist Şöhlət Əfşar Türkiyənin Adana şəhər xəstəxanasında ürək tutmasından dünyasını dəyişib”.
Əzizimizin vida günündə duyğularıma bülənd olan əbədi ayrılığın acısı, “Səs çəkib söz” göynərtisi ilə Şöhlət Əfşarın da könül verdiyi sözə sığındım:
Səs çəkib söz, qara geyib,
Şöhlət Əfşar vidasına...
Qəfil xəbər qəddin əyib,
Yas tutubdur sevdasına.
“Dərdnamə” nin böynu bükük,
Sanki qoyub dərdi dəmə.
Bu ayrılıq, bu dərd böyük...
Misra-misra batdım qəmə.
Bu dünyanın havasına
Oynamadı əzəl-axır.
Bələnib haqq həvəsinə,
Kitablardan sözü baxır...
Söz “Dodaqdan könüllərə”
Səpilibdir narın-narın.
Söz qoşduğu tər güllərə,
El qərq edib tər məzarın...
Şöhlət Əfşar qürub edib,
Şair nuru günəş sayaq...
Söz qalası qurub-gedib,
Zirvəsində şanlı bayraq...
Müdriklərin işıqlı idrakından süzülərək hasil olan qənaətə görə, insanın əsl ömrü xatırlandığı qədərdir. O da ola Söz Adamı...
Bənzərlik məqamında bir müqayisə təsəllimə dönür. İlahi qüdrətlə günəş hər sabah sökülən dan yerindən səhərin şəfəqləri ilə boy göstərir və zamanın axarında, vaxt-vədəsində isə üfüqlərdə qürub edir... Dünyanın bu əzəli-əbədi mənzərəsi yaranışdan beləcə sərgilənib dövr etməkdədir. Günəş doğur və qürüb edir... Düşünürəm ki, işıqlı insanlar da belədir. Həyata vida desələr də, yaddaşlara köçən əməlləri ilə yenidən doğulurlar. Belələri sanki günəştək qürüb edir. Unudulmaz dostumuz Şöhlət Əfşar ədəbi irsi, xeyirxah əməlləri ilə el yaddaşında abidəyə dönüb və əbədiyyət üfüqlərində günəş timsalındadır... Əbədiyyət ünvanın nurlu, ruhun şad olsun, unudulmaz DOST!..
TAPDIQ ƏLİBƏYLİ, şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü,
Prezident təqaüdçüsü























































