18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
EYVAZ HÜNBƏTOV – 77
El adamı haqqında ulu müdriklrimizin idrak işığından bu günümüzə saçılan, qədimliyi qədərincə çağdaş səslənən belə bir deyim var ki, filankəs qənimət adamdır. "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin (#TAİB) sədr müavini, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının fəxri professoru, sabiq dövlət qulluqçusu, ağsaqqal ucalığında olan Eyvaz Səfər oğlu Hünbətov özünün şərəfli ömür yolu ilə bu həqiqəti bariz təsdiq edən bir şəxsiyyətdir.
Yüksək mədəniyyətə malik, təbiətən mülayim, təvazökar, aydın fikirli, işgüzar və məsuliyyətli, eyni zamanda, məqamında qaya kimi sərt bir insan olaraq tanınan, əvvəlcə Bakı şəhər Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin 2 saylı Yaşıllaşdırmanın İstismarı Trestinin, sona isə isə 1 saylı Yaşıllaşdırmanın İstismarı Trestinin rəisi olaraq paytaxtımızın yaşıllaşdırılmasında böyuk əməyi olan Eyvaz Hünbətov yaşıllığa, ağaca həyat mənbəyi kimi baxır, ağac əkməyi, ona qulluq etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs sayır...
Bu düşüncələr fonunda fikrimi Eyvaz Hünbətovun doğum gününə günlükləyib, məsləkdaşımız, dostumuzu dünyaya təşrif buyurduğu gün (5 dekabr), ömür təqviminin 77 illiyi münasibəti ilə qutlayır və ən xoş arzularla ithaf söz çələngimi qayəsi, məramı işıqlı el ağsaqqalına, batman Kişiyə hərarətlə ünvanlayiram:
Ağac-ağac, budaq-budaq
Bağ-bağata oldun dayaq.
Dünənindən gəlir soraq:
Səni görüm min budaq ol!
Neçə-neçə park, xiyaban -
Bakımızda bir gülüstan.
Müşkülləri etdin asan,
Abadlığa çırmayıb qol!
Təbiətin öz dili var;
Çiçəklərdə dinər bahar.
Payız çağı bağlarda bar...
El dilində alqışın bol!
Yaradana məhəbbətli,
Yaranışa mərhəmətli,
Yurda bağlı, sədaqətli...
Bir örnəkdir keçdiyin yol!
Səni görüm min budaq ol!
Abadlığa çırmadın qol!
El dilində alqışın bol!
Bir örnəkdir keçdiyin yol!
✍️ Tapdıq ƏLİBƏYLİ





















































