Menu
Xəbər Lenti
8 aylıq hamilə qadın öldü
17-11-2026, 12:09

8 aylıq hamilə qadın öldü

Bu ərazilərə qar yağır
16-11-2026, 10:39

Bu ərazilərə qar yağır

30 İyun 2025 08:36Manşet / Cəmiyyət

Sabahdan əmi, xala, bibi, dayı uşaqları evlənə bilməyəcək

 

Sabahdan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb:

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz.