Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Allahverdi Rüstəmov: 26 İyun – Azərbaycan Əsgərinin Şərəf Günü
Azərbaycan tarixində elə günlər var ki, təkcə təqvimdəki bir rəqəm deyil, həm də milli kimliyimizin, müstəqilliyimizin və gücümüzün simvoludur. 26 İyun – Silahlı Qüvvələr Günü belə günlərdən biridir. Bu gün Azərbaycan əsgərinin, zabitinin, şəhidinin, qazisinin və ümumilikdə ordu sıralarında Vətənə xidmət edən hər kəsin bayramıdır. Bu gün eyni zamanda xalqımızın öz Ordusuna olan ehtiramının təcəssümüdür.
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Dövlətçilik ənənələrinin yenicə formalaşdığı bir vaxtda, müstəqilliyini elan edən xalqın qarşısında duran əsas məsələlərdən biri torpaqlarını və sərhədlərini qorumaq üçün mütəşəkkil silahlı qüvvələr yaratmaq idi. Bu ideya xalqın ruhunda, yaddaşında dərin iz buraxdı.
Sovetlər dövründə bu proses dayanmış kimi görünsə də, xalqın yaddaşında orduya olan inam sönmədi. 1991-ci ildə müstəqilliyin bərpası ilə Azərbaycan yenidən öz ordusunu qurmağa başladı. Bu yol çətin və keşməkeşli olsa da, iradə və qətiyyət öz bəhrəsini verdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi bərpa etdikdən sonra ordu quruculuğuna xüsusi önəm verdi. Çünki o bilirdi: Dövlətin əbədi olması üçün ordusu güclü, milli və çevik olmalıdır.
Onun rəhbərliyi ilə Silahlı Qüvvələrimizin strukturlaşması, hərbi təhsil sisteminin qurulması, orduya peşəkar zabit kadrlarının cəlb olunması və hərbi hissələrin yenidən təşkil olunması prosesi başladı. Ulu Öndərin 1998-ci ildə imzaladığı sərəncamla 26 iyun – Silahlı Qüvvələr Günü kimi təsis olundu. Bu qərar tarixə və əsgərə göstərilən dövlət səviyyəli ehtiramın nümunəsidir.
Bu gün Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkcə Cənubi Qafqazın deyil, postsovet məkanının ən güclü ordularından biri sayılır. Orduya ayrılan diqqət və qayğı nəticəsində:
Hərbi infrastruktur yenilənib,
Müasir texnika və silah sistemləri ilə təminat həyata keçirilib,
Peşəkar hərbi təlimlər təşkil olunub,
Əsgər və zabit heyətinin sosial rifahı yaxşılaşdırılıb.
Azərbaycan Ordusu sadəcə silahlı qüvvə deyil, xalqın iradəsini ifadə edən bir güc simvoluna çevrilmişdir. Bu ordunun zəfərlə dolu yolu 2020-ci ildə bütün dünyaya bəlli oldu.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən möhtəşəm səhifəsidir. Bu müharibədə Azərbaycan əsgəri və zabiti böyük qəhrəmanlıq göstərdi, döyüş meydanında tarix yazdı.
Şuşa döyüşü təkcə strateji yox, həm də mənəvi və milli bir qələbə idi. Qəhrəman şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilən bu zəfər, illərlə işğal altında qalan torpaqlarımızın azadlığına yol açdı.
Bu qələbənin əsas səbəbi isə xalq–ordu–Ali Baş Komandan birliyinin təntənəsi idi. Hər bir Azərbaycan vətəndaşı bu müharibədə özünü bir əsgər kimi hiss etdi.
26 İyun eyni zamanda şəhidlərimizi yad etmək, qazilərimizə minnətdarlıq bildirmək, əsgərlərimizin əllərindən öpmək günüdür. Bu xalq Vətən yolunda canından keçən övladlarını unutmur, unutmayacaq da. Onların ruhu qarşısında baş əyir, ailələrinə hörmət və qayğı ilə yanaşır.
Dövlət səviyyəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və dəstək sosial ədalətin və milli ruhun bir göstəricisidir.
Ordunun qüdrəti yalnız texnika ilə deyil, həm də vətənpərvər ruhda böyüyən gəncliklə ölçülür. Bu gün Azərbaycan gənci orduya sevə-sevə gedir, hərbi xidmətə fəxrlə qoşulur. Təhsil müəssisələrində vətənpərvərlik ruhunda tərbiyə alan gənclər gələcəyin qəhrəmanlarıdır.
Böyüyən nəsil artıq bilavasitə müharibəni görüb, zəfərin nə demək olduğunu anlayır. Bu nəsil mübariz, əzmkar və torpağını qorumağa hazır bir gənclikdir.
26 İyun – Silahlı Qüvvələr Günü təkcə ordu bayramı deyil, həm də millətin öz gücünə inamının təcəssümüdür. Bu gün Azərbaycan xalqı öz ordusu ilə fəxr edir, ona inanır, güvənir və arxalanır. Azərbaycan əsgəri, Azərbaycan zabiti hər birimiz üçün iftixar nümunəsidir.
Qoy bu müqəddəs gündə bir daha deyək:
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!























































