Menu
Xəbər Lenti
Fərman Borçali – 65
24-06-2025, 16:19

Fərman Borçali – 65

Bakıdakı bu yol bağlanır
24-06-2025, 12:02

Bakıdakı bu yol bağlanır

Sabah 33° isti olacaq
24-06-2025, 11:46

Sabah 33° isti olacaq

"EŞQNAMƏ"NİN TƏQDİMATI
23-06-2025, 18:58

"EŞQNAMƏ"NİN TƏQDİMATI

25 İyun 2025 19:16Manşet / Gündəm

Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”

AzərbaycanRespublikasınındövlətçiliktarixində 26 iyunxüsusi əhəmiyyətkəsbedəngünlərdənbiridir. Hər il bu tarix – Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu bayram yalnız ordu sıralarında xidmət edən şəxslərə deyil, bütün Azərbaycan xalqına aiddir. Çünki güclü ordu – güclü dövlətin dayağıdır və ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ilin 26 iyun tarixində ilk dəfə olaraq Azərbaycan Milli Ordusu yaradıldı. Həmin dövrdə hələ təzəcə qurulmuş Cümhuriyyətin qarşısında bir çox çətinliklər var idi: daxili sabitliyin təmin olunması, sərhədlərin qorunması, ölkənin suverenliyinin möhkəmləndirilməsi. Belə bir şəraitdə milli ordunun yaradılması həyati zərurət idi.

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət ərzində ordu quruculuğuna başlasa da, bu ideya xalqın yaddaşında silinməz iz buraxdı və sonrakı nəsillər üçün bir nümunəyə çevrildi.

1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri müasir və güclü ordu yaratmaq idi. Lakin 1990-cı illərin əvvəllərində ölkədəki siyasi qeyri-sabitlik, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ordu quruculuğunu çox çətin bir şəraitdə aparmağa səbəb olmuşdu.

Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu prosesində əsaslı dönüş başladı. Peşəkar və müasir tələblərə cavab verən ordu modeli formalaşmağa başladı, hərbi sistem gücləndirildi, zabit və əsgər heyətinin təlim və təchizatı təkmilləşdirildi. 

1998-ci ildə Ulu Öndərin imzaladığı sərəncamla 26 iyun – Silahlı Qüvvələr Günü kimi təsis edildi. Bu qərar yalnız hərbi əhəmiyyət daşımırdı, həm də xalqın orduya olan münasibətinin, hörmətinin və dəstəyinin rəsmi təcəssümü idi.

Bu gün Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordularından biri kimi tanınır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ordu maddi-texniki cəhətdən tam təchiz olunmuş, hərbi kadr hazırlığı yüksək səviyyəyə çatdırılmış və beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Orduya ayrılan büdcə vəsaiti hər zaman prioritet sahələrdən biri olub. Nəticə etibarilə, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik, müasir silahlarla təchiz olunmuş, müxtəlif ixtisaslara malik hərbi birləşmələri ilə çevik və effektiv güc strukturu kimi formalaşıb.

26 İyun – Silahlı Qüvvələr Gününün əsl mənasını ən parlaq şəkildə 2020-ci ilin 44 günlük Vətən müharibəsi nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın 30 illik işğalına son qoyaraq, xalqımıza böyük Qələbə bəxş etdi. Bu müharibədə Azərbaycan əsgərinin və zabitinin vətən sevgisi, peşəkarlığı və qorxmazlığı bütün dünyaya nümunə oldu.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa kimi strateji şəhərlərin azad olunması Azərbaycan hərb tarixində yeni bir səhifə açdı. Bu zəfər bir daha sübut etdi ki, müasir və güclü ordu ölkənin siyasi iradəsinin möhkəm dayağıdır.

Azərbaycan Ordusunun gücü təkcə texnika və taktiki bacarıqlarda deyil, həm də xalqın orduya olan inamında və dəstəyindədir. Hər bir vətəndaşın ordusuna olan sevgisi, şəhidlərə və qazilərə olan hörməti, cəmiyyətin orduya arxa durması bu birliyin təməlini təşkil edir.

Dövlətimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə xüsusi diqqət və qayğı göstərir. Bu da təkcə sosial siyasət deyil, həm də milli-mənəvi borcun ifadəsidir.

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətinin və xalqının orduya olan hörmətinin, dövlətçiliyə və müstəqilliyə bağlılığının rəmzidir. Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin deyil, bütün regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm bir faktora çevrilib.

Bu əlamətdar tarix münasibətilə bütün zabit və əsgər heyətini, veteranlarımızı, şəhid ailələrini ürəkdən təbrik edirəm! Qoy Azərbaycan Ordusu daim güclü olsun, bayrağımız hər zaman uca zirvələrdə dalğalansın!

Yaşasın Azərbaycan Ordusu! 

Yaşasın Ali Baş Komandan! 

Qarabağ Azərbaycandır!