Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
Azərbaycanın dövlət müstəqilliyinin əsas təminatçısı olan Silahlı Qüvvələr, bu gün ölkəmizin gücünü, suverenliyini və ərazi bütövlüyünü qoruyan ən önəmli dayaqlardan biridir. 26 iyun – Silahlı Qüvvələr Günü isə bu əzəmətli qurumun rəsmi bayramı kimi qeyd olunur. Bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycan dövlətçiliyinin, xalqın ordusuna olan sevgisinin və güvəninin rəmzidir.
Silahlı Qüvvələrimizin tarixi Azərbaycan Xalq Cümhuriyyətinə – 1918-ci ilə dayanır. Məhz 1918-ci il iyunun 26-da ilk dəfə olaraq Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Bu, cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq, dövlətin gələcək suverenliyinin təminatı üçün atılmış ən mühüm addımlardan biri idi.
Sovet işğalından sonra Azərbaycanın müstəqil ordusu ləğv olunsa da, xalqın azadlıq ruhu və ordu arzusu sönmədi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan üçün ən vacib məsələlərdən biri güclü və peşəkar ordu qurmaq idi. Lakin bu yol asan olmadı. Siyasi çəkişmələr, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalan Azərbaycan ağır sınaqlardan keçdi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik və sistemli idarəetmə bərpa edildi. Bu mərhələdən sonra ordu quruculuğunda da dönüş nöqtəsi yarandı. Ulu Öndər, ordu məsələsini milli təhlükəsizliyin əsas prioriteti elan etdi. Nəticə etibarilə, ordu strukturunda ciddi islahatlar aparıldı, hərbi hissələr təşkil olundu, silah və texnika ilə təchizat artırıldı, zabit heyətinin hazırlığı gücləndirildi.
1998-ci ildə imzalanan sərəncamla 26 iyun tarixi – Silahlı Qüvvələr Günü kimi təsis edildi. Bu qərar tarixə və orduya ehtiramın, milli ruhun gücləndirilməsinin təzahürü idi.
Bugünkü Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının zirvəsindədir. Dövlət başçısı ordu quruculuğunu hər zaman əsas prioritetlərdən biri kimi dəyərləndirib. Onun sözləri ilə desək, "Biz güclü dövlət qurmuşuq və güclü orduya sahibik."
Ordumuzun müasir silahlarla təmin olunması, hərbi infrastrukturun yenilənməsi, peşəkar kadrların hazırlanması, beynəlxalq təlimlərdə iştirak – bütün bunlar orduya olan diqqət və qayğının göstəricisidir. Bu sistemli işin məntiqi nəticəsi isə 2020-ci ildə bütün dünyaya nümayiş etdirildi.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun nə qədər güclü, nizamlı və mütəşəkkil olduğunu göstərdi. Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi və əsgər-zabit heyətinin qəhrəmanlığı sayəsində işğal altında olan torpaqlar azad edildi. Şuşanın azad olunması ilə Qələbə taçlandı və xalqımızın illərlə həsrətində olduğu zəfər gerçək oldu.
Bu savaş bir daha sübut etdi ki, müasir Azərbaycan Ordusu təkcə regionun deyil, bütün postsovet məkanının ən peşəkar ordularından biridir. Bu, həm də xalq-ordu-dövlət birliyinin möhtəşəm nəticəsidir.
26 İyun – Silahlı Qüvvələr Günü şəhidlərimizi ehtiramla yad etmək, qazilərimizə minnətdarlıq bildirmək üçün də mühüm fürsətdir. Şəhidlərimizin canı, qazilərimizin fədakarlığı sayəsində bu gün Azərbaycan torpaqları azaddır. Onların ruhu qarşısında baş əyir, ailələrinə dərin ehtiram bəsləyirik.
Dövlətimiz bu kateqoriyadan olan insanlara xüsusi diqqət göstərir, sosial təminatlarını və rifahını yaxşılaşdırmaq üçün ardıcıl addımlar atır. Bu həm də dövlət-vətəndaş münasibətlərinin sağlam təmələ söykəndiyinin göstəricisidir.
Bu gün Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüyür. Hərbi vətənpərvərlik tərbiyəsi məktəblərdən, universitetlərdən başlayır. Gənclərimiz Vətənə xidmətə könüllü şəkildə can atır, ordu sıralarında şərəflə xidmət edir. Bu ruhun qorunub saxlanması və daha da gücləndirilməsi Azərbaycanın sabahı üçün mühüm zəmin yaradır.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının öz ordusuna olan inamının və sevgisinin bayramıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə deyə bilər ki, onun arxasında güclü və qalib bir ordu dayanır. Bu ordu Vətənin keşiyində mətin dayanır, torpaqlarımızı qoruyur və gələcəyə inamla irəliləyir.
Qoy bu müqəddəs gündə bütün əsgərlərimiz və zabitlərimiz bilsinlər ki, xalq onların arxasındadır! Onların əməyi sayəsində bu bayraq daim ucalarda dalğalanacaq!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!























































