Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
ÜRƏYİNİZ VƏ ƏLLƏRİNİZ YORULMASIN, SEVİNC DOKTOR...
Gözəllik paylayanların mükafatı Tanrıdandı...
İnsan hər gecə yatmazdan əvvəl özünə sualla müraciət edir: “Bu gün mən nə yaxşılıq etdim, nə danışdım, nə düşündüm, nə anladım?... Əlbətdə, söhbət mükəmməllik insandan gedir. Mükəmməlllik isə insana elə-belə verilmir, uzun illərin zəhmətinin, məsuliyyətinin nəticəsində insan mükəmməlliyə nail olur. Xeyirxah insanlar məsum uşağa bənzəyir, təmiz, saf, pak... Yaş artsa da bu saflıq, bu paklıq onların sona qədər yol-yoldaşı olur. U.Şekspir deyirdi: “Gələcəyiniz üçün ən yaxşı sərmayə etdiyiniz yaxşılıqlar, xeyirxah əməllərdir. Bu gələcək isə böyük məvhumda, el təbirində desək cənnətin qapısına yaxınlaşmaqdı. Yazımın qəhrəmanı “By.SEVAS” estetik mərkəzinin qurucusu və rəhbəri Sevinc Əsgərovadı... 
Bir kədəri sevincə çevirsəniz həmin gün yaxşılıq etmiş olarsınız.
Kədəri sevincə çevirənlər dünyanın ən güclü insanlarıdı. Millətindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq xeyirxahlıq insana aiddi! Həyatda çoxu peşəni, sənəti özü seçir, peşə sənət olaraq. Elə insanlar da var ki, peşə, sənət onları seçir, belələrinə tanrının seçilmişləri deyirlər, belələrinə qabında, öz yerindədi deyirlər. Bəli, Sevinc xanım yuxarıda qeyd etdiyim kimi ikincilərə aiddir. Həyat təcrübəsi onun özünə aid olduğuna görə... Çətinliklərlə, mübarizə də onun özünə aiddi... Bu gün o, ən gözəl fəaliyyətlə məşğuldur. Qadın məmnuniyyətinin yaradıcısıdır. Qadın məmnun olarsa, həyat gözəl olar. Qadın xoşbəxt olarsa, hamı xoşbəxt olar. Bu isə gözəl ürək, bacarıqlı əllər, incə ruh, peşəkar fəaliyyət sahibi Sevinc xanımın həyat yoludur. Qadınları məmnun etmək, onları sevindirmək, gözəllik yaratmaq. Mükəmməllik isə bütün maneələri məğlub edir, özü isə heç vaxt məğlubiyyətə uğramır.
Kim deyib ki, dünya baş sığallayandı?! Həyatda ucalığa çatmaq üçün hamıdan əvvəl öz məninlə və tanrı ilə dil tapmağın bacarmalısan. Birinci özündən başlamalısan. Sevinc Əsgərova öz peşə fəaliyyətində öndə gedənlərdən biridir. Bu isə asan yolla başa gəlmir. O, daim öz üzərində işləyir, öyrənir, xarici ölkələrin təcrübəsi ilə maraqlanır, bu peşənin nə qədər məsuliyyətli olduğunu dərk etdiyindəndir bütün bunlar.
Yaşamaq olar, lakin böyük yaşamaq üçün çarpışmaq gərəkdi. Kim bu mübarizədə qalib gəlirsə o da Yaşayır! Tanrı hər bir insana onun çəkə biləcəyi qədər yük verir, bu əslində bir qədər mübahisəlidi. Çünki həyat təcrübəsi, müşahidələr, yaşananlar isə başqa şey söyləyir! Tanrı öz sevdiklərini öz gözündə ucaltmaq üçün çəkdiklərindən yüz qat artıq yükü daşımağa məcbur edir! Sevinc Əsgərova hər bir yeniliyini insanlarla bölüşməkdən çəkinmir. Çətinliklər onun həyat motivasiyasıdır. Estetik kosmetologiyada yeniliklər həddən artıq çoxdur. Bu yenilikləri peşəkar bir formada ortaya qoyub tətbiq etmək isə əsl peşəkarlıq tələb edir. Bu isə həm böyük zəhmətin, həm də savadın nəticəsidir.
Sevinc xanımın özünün gözəl bir ifadəsi qarşıma çıxdı və çox bəyəndim: “Elə etməliyik ki, qadınlar güzgüdən küsməsin”. Bu əsl peşəkarın baxış bucağıdır. Qadın güzgüdən küsrüsə həyatdan küsür. Buna isə yol verməmək gərəkdir. Sevinc Əsgərova deyərdim ki, çox savab işlə məşğuldur. Onun kabinetinə gələn hər bir xanım güzgü ilə “barışmağa” gəlir. Bu barışığın əsl səbəbkarı “By.SEVAS” estetik mərkəzinin rəhbəri Sevinc Əsgərovadır. Hər bir insanın adı onun tale yolunun bələdçisidir. Sevinc Əsgərova bu həyata sevinc bəxş etmək üçün gəlib, bu da onun adının açması...
İncə ruha, təmiz qəlbə, saf əqidəyə, gülər üzə sahib bir xanım əfəndi. Həm də gözəl xeyriyyəçi əməllərin sahibi Sevinc Əsgərova... Onun həyat fəlsəfəsində gözəllik yaratmaq eşqi dayanır. Qadın yaşından asılı olmayaraq qadındır. Sevinc xanım bunu dərk edənlərdəndir. O, qocalar evinin xanımlarının da qonağı olur və onların üzünə də təravət bəxş edir. Taleyini gözəllik və sevinc bəxş etməyə həsr edən Sevinc xanım, ürəyiniz və əlləriniz yorulmasın. Hələ çalınmamış qələbələr qarşıdadır.
Yolunuz açıq olsun!
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl Qələm” mükafatçısı























































