Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov futbol turnirinin açılış mərasimində iştirak edib.
Xaricdə yaşayan azərbaycanlı gəncləri birləşdirən “Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib.
Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
İsrail Tehran və İsfahandakı raket sistemlərinə və radar qurğularına zərbələr endirib
Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Goranboyda üfunət iyinin “sahibi” kimdir? – MKTB-nin rəisi Daşqın Hacıyev vəzifəsinin öhdəsindən gəlirmi? FAKT / İDDİA
MKTB-nin rəisi Daşqın Hacıyevin “DAŞINMAZ İŞİ?...”
Goranboy rayonu vətəndaşlarının şikayətinə əsasən, rayonda sanitar-təmizlik məsələləri bərbad vəziyyətdədir. “XəzərTV.info” informasiya agentliyinin redaksiyasına daxil olan məlumata görə, rayonun Qatır Məmməd küçəsindəki zibil problemi artıq təkcə vizual deyil, sağlamlıq üçün də təhlükəyə çevrilib. Sakinlərin sözlərinə görə, ərazidə nə zibil qabları var, nə də olan zibillər vaxtında daşınır. Nəticədə bölgə üfunət iyi ilə dolub və insanlar bu küçədən keçə bilmədiklərini bildirirlər.
Məsələ ilə bağlı araşdırma aparan redaksiyamız ilk növbədə Goranboy Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva, daha sonra isə rayonda kommunal xidmətlərə cavabdeh qurum olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Daşqın Hacıyevlə əlaqə saxlamışdır.
Lakin gözlənildiyi kimi, Daşqın Hacıyevdən problemi aradan qaldırmağa yönəlik deyil, problemin özünü inkar etməyə yönəlik cavab aldıq. O, təkzib edərək bildirdi ki, “orada zibil yoxdur, sadəcə söküntü qırıntılarıdır”. Üstəlik, həmin küçənin adının Qatır Məmməd küçəsi olmadığını da iddia edərək məsuliyyətdən yayınmağa çalışdı. Belə çıxır ki, əgər küçənin adını tanımırsa və ya yerini düzgün müəyyən edə bilmirsə, MKTB rəisi olaraq rayonda görülən işlərə necə nəzarət edir?
Daşqın Hacıyev unutmamalıdır ki, görünən kəndə bələdçi lazım deyil. Vətəndaşlar bu ərazidə zibilin yığıldığını, uzun müddət daşınmadığını, iyrənc qoxuların yayıldığını öz gözləri ilə görür və çəkdikləri görüntülərlə sübut edirlər. Biz Daşqın Hacıyevə "orada zibil yoxdur" deməklə məsuliyyətdən yayınmağın mümkün olmadığını xatırlatmaq istəyirik. Əgər həmin yerin harada olduğunu bilmir və rayonun bu hissəsi ilə tanış deyilsə, biz redaksiya olaraq hazırladığımız video-süjetlə bu problemi ona təqdim etməyə hazırıq.
Məsələ burasındadır ki, sözügedən ərazi – yəni Qatır Məmməd küçəsi – köhnə rus məktəbinin yaxınlığındadır. Bu isə rayonun mərkəzi hissəsinə çox da uzaq olmayan bir məkandır. Yəni bu küçədəki vəziyyətdən xəbərsiz olmaq, əslində vəzifə borcuna biganə qalmaq anlamına gəlir.
Əgər MKTB rəisi bu qədər kiçik və konkret problemi görmür və yaxud görmək istəmir, o zaman rayonun digər kənar hissələrində vəziyyətin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Belə çıxır ki, Daşqın Hacıyev vəzifəsinin öhdəsindən gəlmir və bu səbəbdən də vətəndaşlar haqlı narazılıq içindədirlər.
Bəs görəsən, ölkə başçısının etimad göstərərək vəzifəyə təyin etdiyi Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu barədə məlumata sahibdirmi? Əgər məlumatlıdırsa, nəyə görə tədbir görülmür? Əgər məlumatsızdırsa, deməli, rayon rəhbərliyi arasında əlaqəsizlik və koordinasiya problemi yaşanır. Hər iki halda nəticə eynidir – zərəri isə sadə vətəndaşlar çəkir.
Kommunal xidmətlər insanlarla birbaşa təmasda olan və ən həssas sahələrdən biridir. Vətəndaşların küçədə rahat hərəkət edə bilməməsi, üfunət iyindən narahat olması və sanitar şəraitin aşağı səviyyədə olması birbaşa yerli idarəçilərin məsuliyyətsizliyinin göstəricisidir.
Biz redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Lakin bir daha qeyd edirik ki, fakt qarşısında susmaq, onu inkar etməyə çalışmaqla məsuliyyət azalmır. Əksinə, bu cür davranış məmurların cəmiyyətə olan münasibətini daha açıq şəkildə ortaya qoyur.
Sonda isə bir sual açıq qalır: Görəsən, Daşqın Hacıyev rayonu zibilliyə döndərməkdə ittiham olunursa, bu vəzifəni icra etməyə davam etməsi nə dərəcədə məqsədəuyğundur? Cavabı isə aidiyyəti qurumlar və cənab Məhərrəm Quliyev verməlidir.
Məsələ diqqətimizdədir. Davamı var...
Şərhsiz: