Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Xaricdə yaşayan azərbaycanlı gəncləri birləşdirən “Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib.
15 iyun 2025-ci il tarixində Moskva şəhərində “Bulbul” mobil tətbiqinin təqdimat mərasimi baş tutub. Tətbiq, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olmuş “DAVAM - Xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri arasında ünsiyyəti təşviq edən sosial media əsaslı mobil tətbiqin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.
“Bulbul” mobil tətbiqi xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirərək onların arasında mədəni, sosial və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Tətbiq, istifadəçilərə Azərbaycan mədəniyyəti, dili və aktual ictimai mövzular ətrafında ünsiyyət qurmaq, tədbirlər və təşəbbüslər barədə məlumat almaq, fikir mübadiləsi aparmaq və həmfikir gənclərlə bir araya gəlmək imkanı yaradır.
Tətbiqdə fərdi şəxs, müəssisə, təşkilat və ya birlik kimi qeydiyyatdan keçmək mümkündür. Platformanın yaradıcıları sadəcə şəbəkə üzvləri arasında ünsiyyət yaratmaqla kifayətlənməmək, eyni zamanda biznes sahiblərinə, kiçik və orta sahibkarlığa dəstək vermək niyyətində olduqlarını bildiriblər.
Layihənin təşəbbüskarları bildiriblər ki, uzun müddət vətəndən uzaqda yaşamaq, Azərbaycan məhsullarının çətin tapılması və ana dilinin istifadəsinin məhdud olması onları bu şəbəkəni yaratmağa vadar edib. Beləliklə, “dostlar axtarışı” bölməsində şəhər, cins, yaş, ixtisas üzrə yeni dostlar, eyni zamanda milli mətbəxə ən yaxın mağaza və ya kafe/restoran tapmaq mümkündür.
Şəbəkənin yaradıcıları istifadəçilərin onların zəhmətini qiymətləndirəcəyinə və bu milli layihəyə fəal dəstək verəcəklərinə ümid edirlər.
Həmin tətbiqi App Store platformasında “Bulbul - social network” adını taparaq və ya https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589 keçidi vasitəsilə yükləmək mümkündür.Tətbiq istər texniki funksionallığı, istərsə də məzmun baxımından daim yenilənəcək və istifadəçilərin ehtiyaclarına uyğun təkmilləşdiriləcək.
“Bulbul” tətbiqi, rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə, dünya üzrə azərbaycanlı gəncləri virtual platformada bir araya gətirərək onların həmrəyliyini və fəallığını artırmağı qarşıya məqsəd qoyur.






























































