Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
“NEYLƏRƏM SƏNSİZ”
Gecələrim sənsiz zülmətdə dolu,
Sənin gözlərində olan,
Məhəbbətin isidir ürəyimi,
Neylərəm sənsiz dağı, dərəni, gülü, çiçəyi...
Sən olmasan heç bir rəng yox,
Hər şey solur sanki,
Sən mənim günəşim, ayım ən dəyərli varlığım,
Neylərəm sənsiz: parlamaz ulduzum, çıxmaz Günəşim.
Mənə tərəf baxanda könlümə bahar gəlir,
Yoxluğunu düşünəndə,
Mənim qəlbim kövrəlir...
Uşaqlıq illərim səninlə keçib,
Neylərəm sənsiz olan günləri?!
Qulağımda səslənir “qönçəm”,
“Tumurcuğum” sözlərin...
Silinmir yaddaşımdan o gözəl nəğmələrin,
Ömürdən pay olsaydı əgər...
Ömrümdən ömrünə pay verərdim mən...
Nuray Kərimli
Ucar şəhər 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nuray Kərimlinin qələmindən çıxmış “Neylərəm sənsiz” adlı şeir yalnız sözlərin axını deyil, həm də bir uşağın nənəsinə duyduğu dərin sevgi və ehtiramın poetik ifadəsidir. Bu şeir, nənə-nəvə münasibətlərinin sadəcə ailə çərçivəsində deyil, həm də emosional və mənəvi səviyyədə necə möhkəm təmələ söykəndiyini göstərir.
Nuray Kərimlinin şeirində misralar, uşağın nənəsinə olan ehtiyacını və ona ola sevgisini ifadə edir. “Sən mənim günəşim, ayım, ən dəyərli varlığım” misrası ilə gənc şairə nənəsini kainatın ən işıqlı və mühüm varlığı kimi təqdim edir.
Nurayın şeiri nənəsinə olan sevgisinin uşaqlıq illərindən başladığını və bu illərin onunla necə gözəl xatirələrlə dolu olduğunu göstərir. O yazır: “Uşaqlıq illərim səninlə keçib, Neyləyərəm sənsiz olan günləri?!” Bu misralar, sadəcə xatirə deyil, eyni zamanda nənənin onun həyatındakı rolunu və təsirini də ifadə edir.
Şeirdə “qönçəm”, “tumurcuğum” kimi sözlərin nənəyə məxsus olduğu göstərilir. Bu ifadələr nəvənin yaddaşında qalan sevgi dolu çağırışlardır. Onlar təkcə bir nəvənin eşitdiyi sözlər deyil, həm də yaddaşına həkk olunan sevgi, istilik və qayğıdır.
“Ömürdən pay olsaydı əgər, Ömrümdən ömrünə pay verərdim mən...” misraları isə bu şeirin zirvəsidir. Burada nəvə nənəsi üçün ömrünü belə verməyə hazır olduğunu bildirir. Bu, sözün əsl mənasında fədakar və saf sevginin ən təsirli nümunəsidir.
Nuray Kərimlinin yazdığı bu şeir sadəcə ailə sevgisini deyil, həm də milli-mənəvi dəyərlərin, ailə içindəki hörmət və qayğının daşıyıcısı olan nənələrin nə qədər əvəzolunmaz olduğunu göstərir. “Neyləyərəm sənsiz” bir qəlbin həsrət sızıltısı, amma eyni zamanda sevgi ilə dolu bir vəfa çağırışıdır. Bu şeir, hər bir oxucunun öz nənəsinə olan hisslərini xatırladır, iç dünyasında sevgi və minnətdarlıq oyadır.
Xezertv.info























































