Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Hava nə vaxta qədər belə olacaq?
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.























































