Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
Bonn görüşlərinin ikinci günündə müzakirələr gərgin keçir. Tərəflər gündəliyin qəbul edilməsi ilə bağlı ümumi razılığa gəlməyə çalışırlar.
Bu isə nəticələrin əldə edilməsinin heç də asan başa gəlməyəcəyini göstərir.
Gündəliyin qəbul edilməsi üçün müzakirələrin getdiyi ərazidə ekofəallar etiraz aksiyası da keçiriblər.
Onlar "Amazoniyaya azadlıq", "Qazıntı yanacaqlarına yox", "Bizim gələcəyimiz satılmır!", "İqlim liderliyi neftdən ibarət deyil!" kimi pankart açıb, şüarlar, bəyanatlar səsləndiriblər.
Bonn görüşlərində müxtəlif ölkələri, qurumları təmsil edən iştirakçıların hər biri Almaniyadakı müzakirələrdən müxtəlif nəticələr gözləyir.
"Gözləntimiz ilk olaraq maliyyə gündəliyinin qəbul olunmasıdır. Sonra Paris razılaşmasının 9.1-ci maddəsində nəzərdə tutulan məsələlərin konkret həll yollarının tapılmasını istəyirik. G7 ölkələrinin maliyyələşmə ilə bağlı prosesi pozan addımlarının necə həll ediləcəyini gözləyirik", ‒ deyə Kot-D`İvuar nümayəndəsi Acaratou Malika Sisse bildirib.
Görüşlərin ikinci günündə baş verən ən önəmli məsələlərdən biri isə müzakirələrin gündəliyinin təsdiq edilməsi prosesi olub.
İki gündür təsdiqi gecikən gündəlik bu gün Azərbaycan nümayəndə heyətinin Braziliyaya dəstəyindən sonra öz həllini tapıb. Bu gün Bonn görüşləri üçün çox önəmli bir tarix oldu.
Müzakirələrin gündəliyi COP30-un ev sahibi kimi Braziliya tərəfindən razılaşdırılmalı idi. Lakin gündəliyin qəbulu ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə əlaqədar olaraq Braziliya tərəfi Azərbaycana yardım üçün müraciət edib. Bundan sonra Azərbaycan nümayəndə heyəti bütün tərəflərlə intensiv danışıqlar apararaq gündəliyin qəbul edilməsinə nail olub. Braziliyada keçiriləcək COP30-un baş icraçı direktoru Ana Amelia Kampos Toni dəstəyə görə Azərbaycana təşəkkür edib və Belemdəki konfransa necə hazırlaşdıqlarına diqqət çəkib:
"Biz Belemi COP-a hazırlamaq üçün Azərbaycandan öyrənirik. Hələlik hazır deyilik, ancaq COP30 gəldiyi zaman hazır olacağıq. Adaptasiya və ədalətli enerji keçidi çox önəmli mövzulardır. Azərbaycanla birlikdə biz iqlim maliyyəsini 1.3 trilyon dollara çatdırmağa çalışırıq. Bununla birlikdə Braziliya Azərbaycan ilə birlikdə ortaq məqsədlər üçün fəaliyyətləri genişləndirir".
Daha ətraflı Baku TV-nin videomaterialında:























































