Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan” - Qurban Qurbanov
“Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Biz bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm. Azər Bağırov və “Kəpəz”ə uğurlar arzu edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”lə oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Müdafiənin sol cinahında Nəriman Axundzadəni oynatdınız. Səbəbi nə idi?
- 6-7 milli oyunçulara istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər də var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq.
- Legioner limiti yığışdırıldıqdan sonra daha çox legionerlərə şans verəcəyinizi gözləmək olardı. Amma bu gün gənc oyunçuya da şans verdiz. “Qarabağ” gənc, perspektivli oyunçulardan əl çəkməyəcək?
- Biz həmişə bacarıqlı yerli oyunçulara şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqda məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlarda bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. O da ayrıca fəlsəfədir. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik.
- “Qarabağ”ın illik maliyyə hesabat açıqlandı. Sponsor gəliriniz az görünürdü. Sizcə, sponsorun ödənişi az deyil? Baş sponsora görə, məbləğ kifayət qədər azdır…
- Orada elə görünür. Amma ümumən gələn pullar hamısı “Azərsun”un, klubun pullarıdır. Oradan 10 milyon yox, 5 milyon gəlirsə, onu sponsordan götürə biləcəyik. Lazım olduqca, büdcəni götürürük. Hər il belə olmur. Təkcə Avropadan gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca, sponsorlarla dil tapacağıq.
- Juninyonu icarəyə götürmək istəyərsiz?
- Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun “Flamenqo”da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. “Flamenqo” böyük klubdur. Juninyo ilə danışığımız olmayıb.
- Bu mövsüm yaddaqalan nə oldu?
- Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimizi uğursuz sayılır, çox fikirlər söylənilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiyalar etdik.
- İcarədə olan futbolçulardan kimsə geri qayıdacaq?
- Bu barədə ftbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək.
- Çempionatımızın səviyyəsi yüksəlib, yoxsa aşağı düşüb?
- Biz heç vaxt aşağı düşməsi barədə düşünmürük. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydançlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa...Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tuturlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini.























































