Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
“Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin” - Qurban Qurbanov
“Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- “Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm”.
- Benzianın hazırkı oyunundan nə dərəcədə razısız?
- “Onun o mövqedə oynamasından razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oyunu oxuması çox razıyam. Sadəcə bu gün daha yorğun idi. Top itkiləri çox oldu. Tək onda yox, digərlərində də var idi. Benziadan ümumən razıyam”.
- Kadinin zədəsi ciddidir?
- “Özü çıxdı kənara, oynaya bilmədi. Böyük ehtimalla ciddi olmaz. Amma ayağında şiş var. Qarşıdakı günlərdə vəziyyəti bilinəcək”.
- Ölkə kubokunun yarımfinal mərhələsini əcnəbi hakimlərin idarə etməsini dəstəkləyirsiz?
- “Xeyr”.
- “Araz-Naxçıvan”la görüşdə planşeti sındırsanız da, AFFA İntizam Komitəsi sizi cəzalandırmadı. Sizcə, nüfuzunuzda çəkindikləri üçün sizi cəzalandırmadılar?
- “Niyə cəzalandırsınlar? Hakimin üzünə etiraz etmədim, meydana da girmədim. Sadəcə ümumi epizoda dərindən baxsaq, tək hakimə əsəbiləşməli bir şey yox idi. Öz oyunçumuza da əsəbiləşirdim. Kənarda oturası deyilik ki. Öz planşetimdi. Versələr də, problem yoxdur. Əgər haqlıdırlarsa, problem yoxdur”.
- AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin bir ili tamam oldu. Sizcə, geridə qalan bir ildə Azərbaycan futboluna nə qədər fayda verə bildiz?
- “Bir ilə nəsə etmək elə də asan deyil. Sadəcə ümumi gedişat necə olur, gələcəyə necə baxılır, orada olan müzakirələri nəzər alsaq, gələcək üçün xeyli işlər nəzərdə tutulub. Bir neçə ildən sonra bəhrəsini verəcək”.
- AFFA İcraiyyə komitəsi son toplanışında aşağı yaş qruplarından ibarət yığma komandalarımızda uğursuz məşqçiləri vəzifəsində saxladı. Sizcə, səhv qərar deyil?
- “Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediyaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır”.
- “Zirə”dən 15 xal öndəsiz. Erkən çempion da ola bilərsiz. Bu barədə fikriniz necədir?
- “15 xal ciddi rəqəmdir. Bundan qabaq deyəsən 12 xal idi. Hiss olunur ki, futbolçularda arxayınçılıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin sezon keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlarda sanki oynaması mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır. Sonra tükənir. Futbolçularda indi o haldır. Özümü məşqçi olaraq çalışıram ki, toparlayım. Mənim də yorğun vaxtlarım olur. Oyunlara hazır olduğum vaxtlar olur. Vəziyyətin belə olması futbolçularıma da böyük faydası olacaq. Biri daha rahat çıxırlar meydana. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. O qələbə ruhunu qorumaq istəyirik”.
- ÇL-ə 1-ci turdan başlamaq sizin üçün sərfəlidir, yoxsa 2-ci mərhələdən?
- “Bizə sərf edən minimum 3-cü mərhələdir (gülür). Ən azından AL-i təmin etmiş olardıq. Çempionatımız btir. Kubokun finalı çıxacağıq ya yox, görəcəyik. İstirahət vaxtımız uzanacaq. Milli komanda da . Birinci mərhələdən başlamaq bizə çox böyük zərbə olardı. İstəyirdim ki, 2-ci turdan başlayaq”.
- Azarkeşlərə iki kuboku söz verirsiz?
- “Nə qədər demişəm ki, istəmirəm ikisini qazanım? Azarkeşlər məndən bunu tələb etmirlər. Onlar bilirlər ki, uğurlar istəyirəm. Futbol elədir ki, tələb çox da düzgün yanaşma deyil. Hamı titul qazanmaq istəyir. Bir-birimizi dayaq olmalıyıq, uğurda da, uğursuzluqda da”.























































