Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Yasamalın abadlığında fədakar rəhbər – Vüsal Hüseynovun məşəqqətli və uğurlu fəaliyyəti
Gələcəyin Sağlam Təməli – Uşaq bağçasının müdiri Əsmayə xanımın fədakar fəaliyyəti
Hacıbala Abutalıbov: Dövlətçiliyə Sədaqət, İdarəçilik Məktəbi və Xalqına Xidmət Nümunəsi
Bakı şəhəri 40-cı Polis Şöbəsinin sahə müvəkkili, polis Rəcəb Hüseynov: Xalqın asayişi və təhlükəsizliyi naminə fədakar xidmət nümunəsi
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
Millət Vəkili Razi Nurullayevdən Yeni 2026-cı İl və Həmrəylik Günü Münasibətilə səmimi təbrik
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
“Özüm də penalti qaçırmışam” - Rəşad Sadıqov
Xəbər verdiyimiz kimi, “Zirə” Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- “Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün ağır oyun oldu. “Qarabağ”a qarşı oyunlar asan keçmir. Rəqib bu gün ən güclü heyəti ilə çıxış edirdi. Bu, işimizi daha da çətinləşdirirdi. Futbolçularım yaxşı mübarizə apardılar. Matç rəqibin üstünlüyü ilə keçirdi. Bunu oyundan əvvəl də bilirdik. Etibarlı müdafiə olunaraq, daha çox əks-hücumlara bel bağlayırdıq. Futbolçularımdan razı qaldım. Beşinci oyundur ki, “Qarabağ” standart vəziyyətdən bizə 9-cu qolu vurur. Bunun qarşısını ala bilmirik. Futbolçularımı təbrik edirəm. İnanırdılar, mübarizə aparırdılar. Çox yaxın idik bərabərliyə. Bu gün buradan məğlub hissi ilə ayrılmıram. Bərabərliyə layiq idik. Qarşıdakı matçlara baxacağıq, var gücümüzlə vacib görüşlərə hazırlaşacağıq”.
- Penaltini qaçıran futbolçunu bağışlamaq olar?
- “Niyə olmur? Özüm də qaçırmışam, usta futbolçular da qaçırıb. Başqa epizodlar da var idi ki, qaçırdıq. Oyunumuz bir penalti ilə bağlı deyildi. “Qarabağ” böyük təzyiqlə oynayır. Buradan 1 xalla ayrılmaq olardı. Futbolçularımı məğlub olmamış kimi görürəm”.
- Ötən mövsüm avrkuboklarda gördük ki, penaltini vurmaqda çətinlik çəkən oyunçular var. Bununla bağlı xüsusi məşqlər keçirsiz?
- “Penaltinin xüsusi məşqi yoxdur. Məşqlərdə 10 penaltini vururdum. Amma oyun zamanı böyük həyəcan olurdu. Qismət yaxşı zərbə vurdu. Son dəqiqələr idi, bəlkə təzyiq var idi. Qismət komandada kritik və uğurlu penaltilər yerinə yetirib. Penalti üzərində çox dayanmaq istəmirəm”.
- Bu mövsüm Yusuf Lavalı görə biləcəyik?
- “Müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin. Necə hazır olacaq, onu zaman göstərəcək. Əməliyyat edilib, bərpası gedir”.
- “Zirə” yaranandan bu günə qədər ən yaxşı formasındadır. Son matçlarda stabil oynayırsız. Bu stabilliyi sona qədər saxlamaq olacaq?
- “Zaman göstərəcək. Stabil oynamamışıq. 1-ci dövrənin sonu, 2-ci dövrənin əvvəlində uğursuzluq var idi. Çempionatımızda qələbə qazanmaq çətindir. Bundan sonrakı matçlar vacibdir. Hər oyunda güc sərf etməliyik. Mənim üçün vacib olan oyunun stabilliyidir. Gələcəklə bağlı danışmaq çətindir”.
- Gedişat onu göstərir ki, avrokuboklara gedəcəksiz. Bu heyət avrokuboklar üçün yetərlidir, yoxsa əlavələr olmalıdır?
- “Bir şey bitməmiş, rəsmiləşməmiş o mövzuları danışmıram. Doğru olmaz. Avrokuboklara vəsiqəni təmin etdiyimizi deməzdim. Evdə güclü rəqiblərlə oynayacağıq. Heç bilmirəm avrokubokların birinci oyunu nə vaxtdır. Ona da baxmamışam. Allah nəsib edər düşərik, sonra bu haqda danışarıq”.























































