“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
“Son 2 penaltini intuisiyama əsasən qaytardım” - “Zirə”nin qapıçısı
“Zirə”nin qapıçısı Tiaqo Silva Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Osiyek”lə cavab oyununda penaltilər seriyasında 5 zərbədən 4-nü dəf edərək matçın qəhrəmanına çevrildi. “Qafqazinfo” xəbər verir ki, o, pley-offa vəsiqə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Silva nəticədən məmnundur: “Özümüzlə qürur duymalıyıq. Yaxşı çempionatı təmsil edən güclü kollektivə qarşı layiqli mübarizə aparıb qələbə qazandıq. Nəticədən məmnunuq, xoşbəxtik. Artıq bundan sonra “Omoniya” (Kipr) ilə oyunlara köklənməliyik”.
Qapıçı penalti seriyasından öncə baş məşqçi Rəşad Sadıqovun onu danladığını deyib: “Baş məşqçimiz mənə yaxınlaşdı və bildirdi ki, “Şerif”lə oyunsonrası penaltilər seriyasındakı çıxışımdan məmnun qalmayıb. Baş məşqçimiz hər zaman doğrularımızı, səhvlərimizi bilir. Mən onun iradlarını pozitiv qəbul edirəm. Bəlkə də elə buna görədir ki, bu dəfə penaltilər seriyasındakı çıxışım çox uğurlu alındı. “Şerif”lə oyundakı penaltilər seriyası “Osiyek”lə matçdakından fərqli idi. Orda demək olar ki, əksər zərbələr qola çevrilmişdi. Hər oyun bir təcrübədir. Səhvlərimizdən öyrənirik. Rəqib qapıçı da 3 penalti dəf etdi.
Normalda sən rəqibin 3 zərbəsini qaytarmısansa, qalib olursan. “Osiyek”in qapıçısı qola imkan vermədikcə, mən daha da gərgin olurdum. Düşünürəm ki, eynilə mən də penaltini dəf etdikcə rəqibdə gərginlik yaranırdı. Çox şükür ki, sonda biz daha dəqiq olduq və qələbə qazandı. Demək olar ki, rəqibin ilk 3 penaltini hansı istiqamətə vuracağını analizlərə əsasən bilirdim. Lakin son 2 penaltini intuisiyama əsasən qaytardım. Buna görə də qapıçı yoldaşlarıma və qapıçı məşqçimizə minnətdaram”.























































