Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
“Narazılığın da bir həddi var” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Lion”a 1:4 hesabı ulə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun barədə fikirlərini səsləndirib:
“Hesab üzücü görünür. Amma ümumən ikinci hissənin ortalarında komandada boşluqlar yarandı. Sürətli hücumların qarşısını ala bilmədik. Amma, oyundan razı qaldım. Baxmayaraq ki, futbolçular bilirdilər ki, rəqib güclüdür, bununla da oyunçularım risklərə getdi. Hesab oyuna görə deyildi. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
- Yaradılan və buraxılan qol epizodlarını nəzər alsaq, bu bəxtsizlikdir yoxsa, ustalıq?
- Bəxtsizlik ifadəsini çox az işlədirəm. İki epizod var ki, top dirəkdən döndü, bilmirəm buna nə demək olar. Amma qəbul etməliyik ki, rəqibin ustalığı var idi. Onlar ilboyu bu tempdə oynayırlar.
- 67-ci qiqədə 3 dəyişiklik etdiniz. Və 2 qol buraxdıq. Bu futbolçulara mənfi təsir etdi?
- Dəyişiklik etmək mənfi haldır. Amma biz sürəti qaldırmalıydıq. Müdafiədə də buna ehtiyac var idi. Rəqib də bundan çox istifadə etdi. Bəzi oyunçuların yüklənməsi də var. Texniki səhv də oldu. Onlar usta komandadır, ona görə də 3-cü qolu vurdu. Bu gün bəlkə də məğlub olmalıydıq.
- Üç oyunumuz qalıb. Pley-off-a çıxmaq şansımızı necə dəyərləndirisiz?
-Şanslar hələ qalıb. Oyunları görürsünüz, rəqiblərimiz bizə daha ciddi yanaşırlar. Həm də futbolun dinamikası həddindən artıq yüksəkdir, bunu etiraf etməliyik. Amma hər bir halda Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. Çempionat oyunlarında olan problemlər də ölkə futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Bunu məğlubiyyətimizə səbəb kimi göstərmirəm, onların ustalıq səviyyəsi gündən-günə yaxşılaşır. Sona kimi mübarizə aparacağıq.
- Juninyonun bu gün performansından razı idiz? Və Yassin Benzianın əvəzləməyinizin səbəbi nə idi?
- Juninyodan razı qalmadım desəm, düz çıxmaz. O, hər oyunda eyni tempdə oynaya bilməz. Hər bir halda penalti heç, 4 qol epizodu yaratdı. Bir hücumçu üçün belə komandaya qarşı bu performans az deyil. Ümumən əsl hücumçu kimi oynadı. Belə rəqibə qarşı daha hərəkətli olmaq lazımdır. Benziaya gəldikdə, oyunun gedişatına görə əvəzlənmə etdik.
- Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiniz. Bu tip məğlubiyyətlərdən sonra siz onları danlayırsınız? Və ya hər hansı cəza tətbiq edilirmi? Futbolçuların silkələnməsi lazımdır?
- Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolla bağlı. Ancaq mən bir məşqçi kimi desəm, düzgün çıxmaz. Onlardan narazı olduğum hallar çox olub. Bildirmişəm də, bu bizim işimizim bir hissəsidir. Bu oyunda mən onlardan narazı deyiləm. Çünki heç nə bitməyib. Narazılığın da bir həddi var. Yeri gələndə mən də özümü cəzalandırmışam. Lazım olanda etirazımızı bildiririk. Mən oyunçularıma bəzən təşəkkür edirəm ki, bu tempi qoruyub saxlayırlar. Bizim rəqiblərimiz güclü çempionatlardan gəlirlər, bu mənim oyunçularımı da həyəcanlandırır. Nəticədə onlar çəkinmədən mübarizə aparırlar.
- Medina meydanda canını qoyur, amma səhvləri də olur. Bu haqda nə düşünürsüz?
- Ola bilsin, bəzən diqqətsizlik yaranır. Futbolçunun həddindən artıq aqressiv olması buna gətirib çıxarır. İstəkli yanaşır oyuna. 100 faiz oyuna hazırlaşırsa, səhvləri də olacaq. Amma buna rəqib də məcbur edir.























































