Xəbər Lenti
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
7-11-2026, 13:33
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
7-11-2026, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
7-11-2026, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
7-11-2026, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
7-11-2026, 11:41
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
7-11-2026, 11:25
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Bu apteklərin çoxunda narkotik tərkibli dərmanlar satılır - Rəşid Mahmudov
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı Azərbaycanda fəaliyyətdə olan apteklərin sayının həddən çox olduğunu deyib. Sədr bildirib ki, dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur:
"Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm".
Sədr əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqların olduğunu xatırladıb: "Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur".
Tibb elmlər namizədi Rəşid Mahmudov Qaynarinfo-ya açıqlamasında həmin apteklərin əksəriyyətində narkotik tərkibli dərmanların satıldığını vurğulayıb:

"Əhliman müəllim düz deyir, bu böyük problemdir və hamını narahat edir. Bu gün aptekləri sahələrə görə bölmək lazımdır. Onları sahələrə böldükdən sonra əksəriyyətini bağlamaq lazımdır. Onların çoxunda narkotik tərkibli dərmanlar satılır”.
Rəşid Mahmudov narkotik dərmanların ayrı satılmasını təklif edir:
"Bu cür dərmanlar ayrı satılmalıdır. Olmaz, bu cür dərmanları satan apteklər bağlanmalıdır”.
Bahar Rüstəmli






















































