Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Bugün, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
Dünən, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
Dünən, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dünən, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 11:04

Xankəndiyə qayıdırlar

26 Aprel 2025 09:24Manşet / Gündəm / Səhiyyə

60 həkim baş psixiatrdan nazirə şikayət etdi: "Aqressivlik edir..." (YENİLƏNİB)

 

Azərbaycanda 60-a yaxın həkim psixiatr Respublikanın baş psixiatrı Teymur Qafarovdan səhiyyə naziri Teymur Musayevə şikayət edib. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirə olunan şikayətdə bildirilib ki, Teymur Qafarov ölkənin baş psixiatrı olsa da, onun nə pandemiya, nə də müharibə dövründə fəaliyyətini görməyiblər. 
İddia olunub ki, sertifaksiya imtahanı üçün baş psixiatrın yanına gedən uzman psixiatr həkimlərə qarşı Teymur Qafarov çox aqressivlik nümayiş etdirib və kursdan keçmələrinə mane olub. 
Daha bir məlumata görə, həkim psixiatrların Teymur Musayevə şikayətindən sonra Səhiyyə Nazirliyi tərəfindən onların çalışdıqları klinikalarda yoxlamalar aparılır. 
Səhiyyə Nazirliyi Qaynarinfo-nun məsələ ilə bağlı sorğusuna belə cavab verib:
"Sorğunuza cavab olaraq bildiririk ki, qeyd edilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə yalnız bir həkim psixiatr Əmrah Abdullayev tərəfindən şikayət daxil olub. Şikayət Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən ətraflı araşdırılıb və nəticə barədə şikayətçiyə cavab verilib. Şikayətçi verilən cavabdan narazı qalarsa müvafiq qaydada aidiyyəti qurumlara da müraciət etmək hüququndan istifadə edə bilər".
Əhməd