Xəbər Lenti
Dünən, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
20-08-2026, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
19-08-2026, 18:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
18-08-2026, 13:49
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Azərbaycan səhiyyə naziri Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşüb

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu gün Azərbaycanın Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğun təşkilatı dəstəyi ilə qardaş ölkənin dövlət və özəl sektorunda çalışan və ya təhsilini davam etdirməkdə olan 25-ə yaxın azərbaycanlı həkimlərlə görüş keçirilib. Görüşdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.
Səmimi mühitdə keçən görüşdə Teymur Musayev Azərbaycanın dünya elminə çox görkəmli alim və mütəfəkkirlər bəxş etdiyini vurğuladı.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən xaricdə yaşayan, eyni zamanda taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş həmyerlilərlə bağlı söylədiyi fikirləri xatırlatdı: "Vətənimiz daim şərəf gətirən ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi, bu gün də davam edir. Qürurverici haldır ki, həmyerlilərimiz hansı ölkədə yaşamasından asılı olmayaraq, doğma Vətənini heç vaxt unutmayıb, hər zaman xalqımıza öz dəstəyini göstəriblər. Belə ki, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarının, yaralıların və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər”.
Çıxışının sonunda Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən hər zaman olduğu kimi dövlət dəstəyinin davam etdiriləcəyini, o cümlədən vətəndə xidmət etmək istəyənlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.
Öz növbəsində Türkiyədə çalışan həkimlərimiz onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, qardaş ölkədə onlar üçün yaradılmış şərait haqqında məlumat veriblər.
Sonda səhiyyə naziri Teymur Musayev Türkiyədə çalışan həkimlərimizin ünvanladıqları sualları cavablandırıb.























































