Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 08:11

Neftimiz bahalaşdı

Roma Papası vəfat etdi
21-04-2025, 10:22

Roma Papası vəfat etdi

Bu gün Pasxa bayramıdır
20-04-2025, 09:16

Bu gün Pasxa bayramıdır

23 Aprel 2025 14:47Manşet / Gündəm / Səhiyyə

Medaura klinikasının rəhbəri Nigar Məhəmmədova “göz yaşlarına inamır” – FAKT/İDDİA

 

Son dövrlərdə plastik cərrahiyyə sahəsində yaşanan qalmaqallar cəmiyyətin etimadını ciddi şəkildə sarsıdıb. Xüsusilə sosial şəbəkələrdə və mediada yayılan şikayətlər göstərir ki, bu sahədə fəaliyyət göstərən bir çox “mütəxəssis” nə peşəkar təhsilə, nə də təcrübəyə malikdir. Əməliyyatlardan sonra ağır fəsadlarla üzləşən, eybəcər hala düşən və hətta həyatını itirən pasiyentlərin sayı artmaqdadır. Bu vəziyyət ictimai qınağı daha da gücləndirir.


Məlumata görə, narazılıq doğuran tibb müəssisələrindən biri də Bakı şəhərində fəaliyyət göstərən “Medaura” klinikasıdır. Klinikanın rəhbəri Nigar Məhəmmədovanın adı son zamanlar mediada tez-tez hallanır. Şikayətlərə əsasən, klinikada keçirilən bəzi plastik əməliyyatlar sonrası pasiyentlər ya gözlənilən nəticəni almır, ya da ciddi fəsadlarla üzləşirlər. Onların göz yaşları, şikayətləri isə cavabsız qalır. Xüsusilə də iddia olunur ki, Nigar Məhəmmədova pasiyentlərin psixoloji və fiziki durumunu nəzərə almadan, sadəcə kommersiya maraqları ilə hərəkət edir.


Tibb sahəsi yüksək etika və məsuliyyət tələb edir. Bu cür halların cəmiyyətə və peşəyə vurduğu zərər ölçüyəgəlməzdir. Dövlət qurumlarının bu məsələyə daha ciddi yanaşması, yoxlamaları intensivləşdirməsi, vətəndaşların sağlamlığını təhlükəyə atan müəssisələrin isə məsuliyyətə cəlb olunması vacibdir. Çünki insan həyatı reklamdan və gəlirdən üstündür.


Onu da qeyd edək ki, adıçəkilən klinikada son vaxtlar əməliyyat olunan 20-ə yaxın xanım redaksiyaya müraciət edərək çətin durumda olduqlarını bildiriblər və hüquqlarının müdafiəsi üçün kömək edilməsini xahiş edirlər.


Məsələ ilə bağlı araşdırmalarımız davam edir.


Qarşı tərəfin mövqeyini tanıyırıq.


 

Xezertv.info