Menu
Xəbər Lenti
Şuşadan ailə - Fotosu
Dünən, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
Dünən, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

Sürücülərin nəzərinə!
7-11-2026, 11:01

Sürücülərin nəzərinə!

23 Aprel 2025 08:01Manşet / Dünya

Papa Fransiskin adı metro stansiyasına veriləcək

 

Argentinanın paytaxtı Buenos-Ayresin rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaşım edib.

“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb.

Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.