Xəbər Lenti
Dünən, 19:41
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Taleh Kazımov onlara vəzifə verdi
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.
Digər əmrlərlə, Həsənov Ataxan Aftandil oğlu Maliyyə sabitliyi departamentinin, Abbasov Əfqan Hikmət oğlu isə Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru təyin olunub.























































