Xəbər Lenti
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
28-05-2026, 15:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Azərbaycan Ermənistan konstitusiyasında nələrin dəyişməsini tələb edir? (ŞƏRH)
"Azərbaycan Ermənistanda konstitusiya islahatları deyəndə məhz üç məqamın - müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılmasını, Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarının ləğvini və İrəvan hakimiyyətinə qadağa qoyan qərarın ləğvini tələb edir. Bunlar üçü bir yerdə nəzərdən keçirilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənsitan konstitusiya məhkəməsi sədrinin ölkənin əsas qanununda nəinki Azərbaycana, habelə digər ölkələrə qarşı ərazi iddialarının yer almadığı barədə fikirlərini şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Ermənistan konstitusiyasının mətnində birbaşa olaraq heç bir iddia yoxdur:
"Amma konstitusiyanın preambula hissəsində Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur. 1991-ci ildə qəbul olunan bu bəyannamənin bir bəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Soveti ilə DQMV Xalq Deputatları Sovetinin birgə qərarı öz əksini tapıb. Bu, ermənilərin ümummilli məqsədi kimi elan olunur. Yəni onlar müstəqillik bəyannaməsinə, konkret olaraq Azərbaycan ərazisinin bir hissəsini Ermənistana birləşdirməklə bağlı qərara istinad edirlər. Ona görə də Ermənistan konstitusiyasında həmin müddəa aradan qaldırılmalıdır".

Qulamhüseyn Əlibəyli bildirib ki, bundan başqa Ermənistan sözegedən məsələ ilə bağlı vaxtilə verdiyi daha iki qərarını ləğv etməlidir:
"Bundan başqa, Ermənistan Ali Sovetinin Azərbaycanın DQMV-nin Ermənistana birləşdirilməsi barədə qərarı bu gün də qüvvəsini saxlayır. 1992-ci ildə verdikləri qərara görə isə Ermənistan hakimiyyəti Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu təsdiq edən hər hansı bir sənədə imza ata bilməz. Azərbaycan Ermənistanda konstitusiya islahatları deyəndə məhz bu üçünü - müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılmasını, erməni Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərarının ləğvini və İrəvan hakimiyyətinə qadağa qoyan qərarın ləğvini tələb edir. Bunlar üçü bir yerdə nəzərdən keçirilməlidir".
Bu müddəaları aradan qaldırmaq üçün həmsöhbətimizə görə, referendum keçirməyə də ehtiyac yoxdur:
"Ermənsitanın müstəqillik bəyannaməsi bu ölkənin Ali Soveti tərəfindən qəbul olunub. İndiki parlamentdə də Paşinyan tərəfdarları üstündür. Onlar istənilən qərarı keçirmək imkanına malikdir. Belədə yığışıb yarım saata həmin 3 qərarı ləğv etməlidirlər. Yəni bunu etmək asandır. Onun üçün müxtəlif yollarla getmək lazım deyil".
Ekspert qeyd edirb ki, Ermənistan Konstitusiya Məhkəməsi sədrinin açıqlaması bu ölkənin Azərbaycanın tələb etdiyi müddəaları ümumiyyətlə referenduma çıxarmaq niyyətində olmadığının göstəricisidir:
"Ermənistan hakimiyyəti sözügedən qərarın ləğv olunmasını istəmir. Onu gələcəkdə revanşist əhval-ruhiyyənin yenidən güclənməsi üçün saxlayır. Güman edirəm ki, Ermənistan konstitusiya dəyişikliyi zamanı daha çox üstünlüyü hakimiyyətin möhkəmləndirilməsi məsələsinə verəcək".
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan ölkə konstitusiyasında nəinki Azərbaycana qarşı, o cümlədən digər ölkələrə münasibətdə ərazi iddialarının yer almadığını iddia edib. O hətta bildirib ki, konstitusiya layihəsinin mətni beynəlxalq təşkilatların ekspertizasından da keçib.
Rüfət Sultan























































