Xəbər Lenti
Dünən, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Siyasi ekspert: "İrana müdaxilə an məsələsidir"
"Gec-tez İrana müdaxilə olacaq və bu zaman münaqişə region ölkələri, qismən Türkiyəni də cənginə alacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin İrana hücuma hazırlıqla bağlı keçirdiyi təlimlərin ciddi bir niyyətə əsaslandığı, yoxsa sadəcə nəbz yoxlaması olduğu sualına cavabında deyib.
"Bu gün ölkəmizdə müxtəlif təbəqələr arasında belə bir fikir yaranıb ki, İsrailin İranı vurması guya Azərbaycanın da maraqlarına cavab verir. Əslində, İranın dağılması, orada xaosun yaranması Azərbaycanın da maraqlarına uyğun deyil. Suriyada Əsəd rejiminin çökməsindən sonra İran üzərinə təzyiqlər daha aktiv hala gəlib. Trampın yenidən hakimiyyətə gəlişindən sonra İrana maksimum təzyiq mexanizmi də işə salındı. İran da düşünüldüyü kimi, axmaq, sadəlövh dövlət deyil. İran məzhəb faktorundan istifadə edərək, xarici müdaxilələrə qarşı baryer yarada bilib", deyə Rufiz Hafizoğlu bildirib.

Bu baxımdan həmsöhbətimiz düşünür ki, İrana hər hansı bir müdaxilə, onun ərazilərinin vurulması proksi qüvvələrini aktiv hala gətirəcək:
"Ən güclü proksi qüvvələri də İraq və Livan ərazisində cəmləşib. Düşünürəm ki, İrana gec-tez müdaxilə olacaq. Amma Tramp hakimiyyəti maksimum çalışır ki, təzyiq mexnizmini işə salmaqla İranı ram etsin. Lakin İran da əlinin altındakı proksi qüvvələri vasitəsilə çalışır ki, qarşı tərəfə ciddi risklər yaratsın. Belə olduğu təqdirdə isə münaqişə sadəcə İran-İsrail-ABŞ üçbucağı arasında olmayacaq. Region ölkələri, qismən Türkiyəni belə cənginə alacaq".
Ekspert qeyd edir ki, İrana müdaxilə an məsələsidir:
"Proses danışıqlarla davam etdirilir, amma İrana müdaxilə an məsələsidir. Lakin buna qədər Amerika və İsrail İranın proksi qüvvələrini ən azından iflic halına gətirməlidir. "Hizbillah” və HƏMAS istisna olmaqla digər radikal qruplaşmalar hələ ayaq üstədir”.
Qeyd edək ki, Vaşinqtonla Tehran arasında danışıqların getdiyi bir ərəfədə İsrail Hərbi Hava Qüvvələri İrana mümkün hücuma hazırlıq məqsədilə təlimlərə başlayıb. Bununla bağlı İsrailin dövlət televiziyası KAN məlumat yayıb. Təlim İranın mümkün cavab tədbirləri üçün hazırlıqları da əhatə edib.
Xatırladaq ki, İran İsrailin zərbələrinə cavab olaraq 2024-cü ilin aprel və oktyabr aylarında bu ölkəyə raket zərbələri endirib. Düzdür, bu zərbələrin təsiri elə də güclü olmadı. Amma hər halda baş verənlər İranın da boş dayanmadığını göstərdi.
Hazırda isə ABŞ-la İran arasında danışıqlar gedir. Danışıqların iki raundu başa çatıb. Prosesin gedişi onların razılığa gələ biləcəyi ehtimalını artırır. Belə bir vəziyyətdə İsrail İrana mümkün hücuma hazırlıq məqsədilə təlimlərə başlayıb.
Rüfət Sultan





















































