Xəbər Lenti
15-07-2026, 19:00
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
15-07-2026, 18:33
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
15-07-2026, 11:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
15-07-2026, 11:00
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
14-07-2026, 20:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
14-07-2026, 17:23
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
14-07-2026, 17:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
14-07-2026, 16:55
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
14-07-2026, 14:33
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
Paşinyan "Yeni konstitusiya" ilə bağlı dediklərində səmimidirmi? (ŞƏRH)
"Nikol Paşinyanın nə dediyini yox, onun necə davrandığını analiz etməyin fərqində olmalıyıq. Çünki onlar danışdıqları kimi hərəkət etmir. Son hərəkətləri, davranışları isə müharibə hazırlığından xəbər verir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Cəfərov Ermənistanın baş naziri Nikol Paşinyanın "Yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır" fikrini şərh edərkən deyib.
Həmsöhbətimiz bildirir ki, Paşinyanın bu etirafı Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsilə bağlı tələbində haqlı olduğunu bir daha təsbit edir:
"Ancaq hesab edirəm ki, burada da Paşinyan səmimi deyil. Azərbaycan tələb edir ki, İrəvan ATƏT-in Minsk Qrupunun ləğvi məsələsinə də razılıq verməlidir. Amma Paşinyan bu məsələdə manipulyativ addımlar atır. Gah deyir ki, belə bir müraciət sülh müqaviləsilə eyni vaxtda, gah da ondan on dəqiqə sonra və ya əvvəl edilə bilər. De-fakto Minsk Qrupunun fəaliyyəti onsuz da mümkün deyil. Amma onun de-yure ləğvi uçün birgə müraciət olunmalıdır. Bundan qaçmaqla, deməli, Paşinyan sülhdə səmimi deyil. Bununla o, vaxt udmağa çalışır".

Ekspertin fikricə, Paşinyan legitim hakimiyyət olsa da, nüfuz hakimiyyətinə malik deyil ki, sülh müqaviləsini bağlaya bilsin:
"De-fakto erməni kilsəsi, diasporu, müxalifəti və xarici qüvvələr Paşinyan üçün ciddi təzyiq qruplarıdır. Digər tərəfdən, eyni məsələ ilə bağlı Paşinyan bir, erməni xarici işlər naziri başqa bir, parlament rəhbəri isə tamamilə fərqli bəyanatlar verir. Yəni Ermənistan konstruktiv ikimənalılıqdan istifadə edir. Belədə sülh görüntüsü yaradırlar, amma reallıqda zaman qazanmağa çalışır, sürətlə silahlanır, hansısa "X” gününə, növbəti revanşizmə hazırlaşırlar"
Konfliktoloq düşünür ki, Paşinyanın nə dediyini yox, onun necə davrandığını analiz etməyin fərqində olmalıyıq:
"Çünki onlar danışdıqları kimi hərəkət etmir. Hərəkətləri, davranışları müharibə hazırlığından xəbər verir. Bu səbəbdən Paşinyanın sülh imitasiyalarına inanmamalıyıq. Ona görə də Minsk Qrupunun ləğvi və konstitusiya dəyişikliyi mütləq olmalıdır. Bu olmadan heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Paşinyanın bu çabaları nəticəsiz olacaq və Ermənistan yenidən dalan qarşısında qalacaq".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan son bəyanatında yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır fikrini səsləndirib:
"Deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Amma qərarı Ermənistan xalqı verir".
Rüfət Sultan























































