Xəbər Lenti
Bugün, 14:58
Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Dünən, 17:23
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Dünən, 11:42
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Dünən, 09:12
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
Dünən, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dünən, 08:55
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
11-12-2025, 21:08
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
11-12-2025, 20:28
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
11-12-2025, 20:28
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
11-12-2025, 20:27
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
11-12-2025, 20:27
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
11-12-2025, 20:27
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
11-12-2025, 18:43
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
11-12-2025, 11:20
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
"Müzakirə ediləcək mövzular çox olduğundan danışıqların davam etdirilməsi daha realdır, nəinki sülh sazişinin hazırlanıb imzalanması".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müqavilənin bu ilin sonuna kimi imzalanması üçün hər şeyi edəcəyilə bağlı fikirlərini şərh edərkən deyib.
Fərhad Məmmədov bildirib ki, Azərbaycan rəsmiləri artıq COP29-dan sonra, dekabrda danışıqlar davam etdirilə biləcəyini elan edib:
"Bu, həm iki ölkə xarici işlər nazirlərinin görüşü, həm də sərhədlə bağlı hökumətlərarası komissiyanın növbəti iclası səviyyəsində ola bilər. Eyni zamanda, Paşinyan Azərbaycan tərəfinin sülh sazişindəki ziddiyyətlərlə bağlı məqamlara da mövqe sərgiləyib. Məsələn, Ermənistanın müstəqillik bəyannaməsilə bağlı tənqidi fikirlər söyləyib. Digər tərəfdən, Avropa missiyasının artıq delimitasiya və demarkasiya olunmuş yerlərdən çıxarılması kimi fikir söyləyib. Bu, Azərbaycanın Avropa missiyası ilə bağlı narazılığına bir cavabdır. Belə bir məntiq formalaşır ki, nə qədər sərhəd ərazisi delimitasiya və demarkasiya olunsa, o qədər də çox yerlərdə Avropa missiyası görsənməyəcək. Digər tərəfdən, beynəlxalq qurumlarda qarşılıqlı məhkəmə iddiaları ilə bağlı fikir də irəli sürülüb. Bunu da nəzərdən keçirmək olar. Yəni İrəvan Azərbaycanın narazılıqlarına mövqe formalaşdırmaqdadır".

Həmsöhbətimiz qeyd edir ki, indi ziddiyyətli məqamların ümumi məxrəcə gətirilməsi və mətndə onun hansı formada sərgilənməsi məsələsi qalır:
"Düşünürəm ki, burada həmçinin nəqliyyat kommunikasiya mövzusu da var. Bu müddəa sülh sazişində göstərilməsə də, indi ən çox müzakirə olunan mövzudur. Yəni məsələlər çoxdur”.
Ekspertin fikrincə, iradə nümayiş olunsa və Azərbaycanın haqlı gözləntilərinə Ermənistan cavab versə, cari ilin sonuna qədər sülh sazişini imzalamaq mümkündür:
"Lakin başa düşməliyik ki, mövzular çox və bəzən ziddiyyətlər prinsipial olduğundan danışıqların davam etdirilməsi daha çox real görünür, nəinki sülh sazişinin hazırlanıb imzalanması. Amma yenə də əsas faktor odur ki, danışıqlar konstruktiv formada həyata keçirilir və Paşinyanın son çıxışını da bu yöndə izah etmək olar".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib. Ermənistanın İctimai televiziyasına müsahibəsində Paşinyan həmçinin deyib ki, öz növbəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.
Rüfət Sultan























































