Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Bakı şəhərində “İnteraktiv Biologiya” layihəsinin icrası yekunlaşıb
Bakı şəhərində yerləşən 78 nömrəli tam orta məktəbdə biologiya müəllimi Elşad Əliyevin təşəbbüsü və icrası ilə həyata keçirilən “İnteraktiv Biologiya” layihəsi uğurla başa çatıb.
VIII sinif şagirdlərinin biologiya fənninə marağının artırılması və bu fənnin interaktiv üsullarla tədrisinin təşviqi məqsədi daşıyan layihənin yekununda məktəb heyəti və iştirakçı şagirdlərin iştirakı ilə bağlanış mərasimi təşkil olunub. Tədbir zamanı layihə çərçivəsində görülmüş işlər, yaradılmış tədris resursları və əldə edilən nəticələr ictimaiyyətə təqdim olunub.
Layihə çərçivəsində dərslər əsasən PhET platformasında yerləşən simulyasiyalar əsasında təşkil olunmuş, şagirdlərin biologiya üzrə əsas mövzuları vizual və təcrübəyə əsaslanan şəkildə mənimsəməsi təmin edilmişdir. Tədris müddətində nəzəri biliklərin praktik bacarıqlarla tamamlanması, eyni zamanda tənqidi düşüncə, komanda işi və problem həll etmə bacarıqlarının inkişafı əsas hədəflərdən biri olub.
Layihənin nəticəsi olaraq biologiya fənni üzrə VIII sinif proqramına uyğun PhET materialları Azərbaycan dilinə tərcümə olunmuş, bu məzmun əsasında xüsusi kurikulum hazırlanmışdır. Eyni zamanda, şagirdlərin yaş səviyyəsinə uyğun testlər, iş vərəqləri və digər vəsaitlər hazırlanaraq pilot dərslərlə yoxlanılıb və təkmilləşdirilərək geniş istifadə üçün biologiya müəllimləri ilə paylaşılmışdır.
Ümumilikdə layihə çərçivəsində 32 saatlıq məşğələ təşkil olunub. Nəticə etibarilə şagirdlərin fənn üzrə bilik səviyyəsinin artırılması ilə yanaşı, müasir tədris vasitələrindən istifadə bacarıqları da formalaşdırılıb.
Layihə biologiya tədrisində innovativ və texnologiyaya əsaslanan metodların tətbiqinə nümunə olmaqla, müasir pedaqoji yanaşmaların məktəblərdə geniş tətbiqinə töhfə verir.
Xezertv.info
































































