Xəbər Lenti
Dünən, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Fərhad Əhmədovun xidməti və şirkətinə məxsus milyonluq avtomobillərə həbs qoyuldu
Milyarder iş adamı, "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra milyonluq avtomobillərə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış "Baku Kaspian Real İsteyts Limited" MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.
Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.

Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:
* 10-AZ-708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı Range Rover Vogue
* AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı Mercedes-Benz S500 Maybach
* AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı Maybach 62
* AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12
* AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Range Rover
* 90-AA-988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Mercedes-Benz G63 Brabus
* AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Rolls-Royce Cullinan
* AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Cayenne Turbo
* AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Harley Davidson motosiklet
* 99-B-709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı Mercedes S500
* AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 "Çayka”
* AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Panamera Turbo
* AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri
Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.
Fərhad Əhmədovun nümayəndəsi, "Baku Kaspian Real İsteyts Limited” MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.
Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.
Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin əksəriyyətinin üzərindən həbs qərarı götürülüb.
Əhməd























































