Xəbər Lenti
30-05-2026, 22:46
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
30-05-2026, 22:24
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
30-05-2026, 17:27
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 17:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 22:18
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 21:40
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 21:12
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 12:55
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
29-05-2026, 12:10
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
29-05-2026, 12:01
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
29-05-2026, 10:47
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 10:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 16:05
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
28-05-2026, 15:47
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
28-05-2026, 15:37
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Mərkəzi Asiya dövlətlərinin yunan Kiprinə səfir təyinatından vaxtında xəbəri olmayanlardan hesabat istəniləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Asiya türk dövlətlərinin yunan Kiprinə səfir təyin etməsindən vaxtında xəbərdar olmayan və məlumat verməyən qurumlardan hesabat tələb edəcək.
"Report” xəbər verir ki, bu barədə "Haber Global”ın süjetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının dosenti Cihat Yaycı danışıb.
O bildirib ki, bəzi qüvvələrin Mərkəzi Asiya dövlətlərinin bu addımının önəmli məsələ olmadığı, Türkiyənin siyasətinə heç bir təsir göstərməyəcəyi barədə fikirlər səsləndirməsi onların həqiqəti gizlətmə cəhdi və ya mövzudan məlumatsız olmaları ilə bağlıdır:
"Bu qərara imza atan beş dövlətin dördü Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür, Tacikistan isə türkəsilli insanların çoxluq təşkil etdiyi, normal münasibətlərimizin olduğu bir ölkədir. Bu beş dövlət SSRİ dağıldıqdan sonra müstəqillik əldə etdilər. 35 il ərzində Cənubi Kiprə səfir təyin etməyiblər, yəni dolayı yolla həmin idarəçiliyi tanımayıblar”.
Ekspert hesab edir ki, hazırda atılmış addım isə 35 illik türk xarici siyasətində böyük bir etibar itkisidir:
"Maraqlıdır, həmin dövlətlər niyə 35 il sonra belə bir sənədə imza atdılar? Xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğan "Şimali Kipr Türk Respublikası tanınacaq”, - dedikdən sonra bu ölkənin TDT-də müşahidəçi statuslu üzv qəbul olunduqdan sonra belə addımın atılması çoxlu suallar doğurur. Tarix bunun hesabını soruşacaq. Ərdoğan bu parçalanmaya səbəb olanlardan "Mənim sözümü necə yerə saldınız?”,- deyə hesabat tələb edəcək. Həmçinin məsələdən vaxtında xəbərdar olmayan və onun qarşısını almayan aidiyyəti qurumlardan izahat istəyəcək”.
Alim bildirib ki, Mərkəzi Asiya dövlətləri Avropa İttifaqı ilə imzaladıqları sazişdə BMT Təhlükəsizlik Şurasının Kipr məsələsi ilə bağlı 541 və 550 saylı qərarlarına sadiqlik ifadə ediblər:
"Həmin sənədlərdə yazılır ki, Cənubi Kipr idarəçiliyi Kipr Respublikasıdır, Şimali Kipr Türk Respublikası mövcud deyil, həmin ərazi işğal edilib və işğalçı dövlət Türkiyədir”.
Mütəxəssis qeyd edib ki, Türkiyənin xarici siyasəti belə böyük miqyasda yaranı tarix boyu almayıb:
"Türk xarici siyasətinin bir nömrəli məsələsi Kipr olub. Digər məsələlərin hamısı Kiprdən sonra gəlib. Bəs görəsən, bundan sonra TDT-nin mövqeyi necə olacaq? Çünki əvvəldə də bildirdiyim kimi, Şimali Kipr orada müşahidəçi ölkə statusundadır. Türkiyə bundan sonra hansı reaksiyanı göstərəcək? Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə 12 milyard avronu Orta Dəhlizin inşası üçün verir. Türkmənistan, Qazaxıstan kimi ölkələr həmin pula möhtac deyil. Bu dövlətlər vətəndaşları çörəyə möhtac olduqları dövrdə də belə addımı atmayıblar. Yəni pul məsələsi deyil. Sadəcə Yunanıstan və yunan Kipri lobbiləri hesabına Aİ və ABŞ-dən istifadə edirlər”.























































