İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
Uşaqlarda hiperaktivlik və diqqət əksikliyi
Hiperaktivlik uşaqlarda tez-tez rast gəlinən diqqət çatışmazlığı hiperaktivlik və sindrom pozuqluğu (DEHB) kimi tanınan bir vəziyyətin əlamətidir. Bu vəziyyət uşağın yaşından və inkişaf səviyyəsindən asılı olaraq hərəkətlilik, diqqətsizlik və impulsivlik ilə xarakterizə olunur.
Hiperaktiv uşaqlar enerjili və aktiv olsalar da, düşünmədən və dayanmadan hərəkət etdikləri üçün məktəbdə, evdə və sosial mühitdə müxtəlif çətinliklərlə qarşılaşırlar.
Uşaqlarda diqqət əskikliyinin dəqiq səbəbi bilinməsə də, tədqiqatlar göstərir ki, bu vəziyyət müxtəlif genetik, bioloji və ətraf mühit amillərinin birləşməsindən qaynaqlanır.
Hiperaktivlik pozğunluğunun altında yatan səbəblər və pozğunluğu ağırlaşdıran amillərə bunları aid edə bilərik:
Genetik faktorlar
Beyin strukturu və funksiyaları
Neyrotransmitterlərin tənzimlənməməsi
Ətraf mühit faktorları
Psixososial amillər
Valideynlik tərzi
Genetik faktorlar. Genetik faktorlar DƏHB-nin ən mühüm səbəblərindən biri hesab olunur. Ailədə DEHB olan şəxslərin uşaqları bu pozğunluğa daha çox meyllidirlər.
Beyin strukturu və funksiyaları. Beyin quruluşu və funksiyası bəzi uşaqlarda diqqət əskikliyinin inkişafına təsir edir.
Neyrotransmitterlərin tənzimlənməməsi. Beyindəki neyrotransmitterlərin, kimyəvi maddələrin balanssızlığı DEHB əlamətlərinin inkişafına təsir edir.
Ətraf mühit faktorları. Ətraf mühit faktorları da sözügedən problemin inkişafında rol oynayır.
Hamiləlik dövründə ananın siqaret çəkməsi və spirtli içkilərin qəbulu, doğuşun ağır keçməsi, aşağı çəki və vaxtından əvvəl doğuş kimi faktorlar DEHB riskini artırır.
Psixososial amillər. Uşaqlarda diqqət pozuntusunun yaranmasında ailə mühiti də rol oynayır. Ailədə stresli həyat və travma yaradacaq mövzular çoxdursa, ailə mühiti hər tərəfli pisdirsə, uşaq qeyri-müntəzəm həyat şəraiti və emosional stresə məruz qalırsa, bu zaman uşaqdakı diqqət əskikliyi əlamətləri daha da artacaq.
Valideynlik tərzi. Valideynlik tərzi və intizam üsulları da uşaqların davranışlarına təsir edir. Həddindən artıq sərt və ya həddindən artıq zəif intizam qaydaları, uyğunsuz valideynlik və qeyri-adekvat diqqət uşaqlarda hiperaktivlik əlamətlərini artırır.
Problemin vacibliyini nəzərə alaraq erkən müdaxilə daha vacibdir. Valideynlərin və mütəxəssislərin əməkdaşlığı bu prosesdə mühüm rol oynayır.
Gülarə Asəfqızı
Uşaqvə yeniyetmə psixoloqu























































