Xəbər Lenti
Bugün, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Dünən, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
16-10-2026, 09:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
15-10-2026, 18:13
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Pekin: "Trampın tarifləri dünyada humanitar böhrana səbəb ola bilər"
Çinin ticarət naziri Vanq Ventao bildirib ki, ABŞ-ın tariflərin tətbiqini davam etdirməsi inkişaf etməkdə olan ölkələrə böyük ziyan vuracaq və bu, hətta humanitar böhrana səbəb ola bilər.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
"Çinin qətiyyətli əks tədbirləri onun qanuni hüquq və maraqlarını qorumaqla yanaşı, beynəlxalq ictimaiyyətdə dürüstlük və ədalətin qorunmasına yönəlib", deyə Ventao bildirib.
Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatının üzvləri "birtərəflilik, proteksionizm və əməkdaşlıq və çoxtərəflilik yolu ilə zorakılıq praktikasına" qarşı çıxmaq üçün birləşməlidirlər.
Nazir əlavə edib ki, ən az inkişaf etmiş ölkələr ABŞ-ın tarifləri səbəbindən ən böyük risklərlə üzləşirlər.
Bir gün əvvəl Çin yenidən ABŞ mallarına rüsumları artırıb. Bundan əlavə, Çin prezidenti Si Szinpin bildirib ki, Avropa İttifaqı və Çin "birtərəfli zorakılığa” qarşı çıxmaq üçün güclərini birləşdirməlidir. Onun fikrincə, tarif müharibəsində qalib olmayacaq və dünyaya qarşı çıxmaq özünü təcrid etmək deməkdir.
Eyni zamanda, CNBC Çinə tətbiq edilən ümumi tarifin ABŞ prezidenti Donald Trampın dediyindən daha yüksək olacağını bildirib. KİV-in məlumatına görə, Çinin ABŞ-a idxal etdiyi məhsulların ümumi tarif dərəcəsi 125 deyil, 145 faiz olacaq.
Aydın























































