Xəbər Lenti
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
"Prada" "Versace"ni 1,38 milyard dollara aldı və ... yenidən İtaliyaya qaytardı
Cümə axşamı "Prada", ABŞ-ın lüks moda holdinqi olan "Capri Holdings"dən (CPRI) "Versace" brendini 1,38 milyard dollara almaq üçün rəsmi razılaşma imzalayıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sövdələşmə ilə iki İtaliya moda brendi bir çətir altında birləşir.
Sövdələşmənin ilin ikinci yarısında başa çatması gözlənilir. Bu alqı-satqı ilə "Versace"nin dəyəri 2018-ci ildə "Capri" tərəfindən ödənilmiş 2,12 milyard dollardan aşağı qiymətləndirilir. Şirkətin yaydığı açıqlamada qeyd edilir ki, bu satış "Capri"yə "Michael Kors" markasına sürətləndirilmiş strateji sərmayələr yatırmağa imkan verəcək.
"Prada"nın, Meduza simvolu ilə tanınan bu məşhur moda evini alması "Versace"nin yenidən İtaliyaya qayıdışı kimi dəyərləndirilir. Beləliklə, "Versace"nin adı "Prada Group"un 15 milyard dollarlıq portfelinə daxil ediləcək. Bu portfelə "Prada", "Miu Miu", "Church’s", "Car Shoe", "Marchesi 1824" və "Luna Rossa" markaları daxildir.
"LVMH kimi bir qrupu İtaliyada qurmaq Bertelli ailəsinin uzunmüddətli arzusudur", – "LVMH North America"nın keçmiş rəhbəri Polin Braun (Pauline Brown) "Yahoo Finance"ə göndərdiyi e-poçtda bildirib. – "Versace"nin alınması ilə portfellərindəki marka sayı yeddiyə çatır. Məncə, bu ağıllı strategiyadır, çünki 'Prada Group'a İtaliya mənşəli brendlərlə daha geniş və dərin bir mövqe qazandırır və qlobal lüks sektorunda daha güclü yer tutur".
2024-cü ildə "Prada Group" ümumilikdə 5,4 milyard avro (təxminən 6 milyard dollar) gəlir əldə edib ki, bu da illik 17% artım deməkdir. Şirkətin ikinci ən böyük markası olan "Miu Miu", lüks pərakəndə satışda müşahidə edilən durğunluğa rəğmən, ötən il pərakəndə satışlarını 93,2% artırıb.
Dünyanın ən böyük lüks brendi olan "LVMH" (LVMUY) ötən il 85 milyard avro (təxminən 95 milyard dollar) gəlir əldə edib. "Hermès" isə 15,2 milyard avro (təxminən 17 milyard dollar) gəlir ilə onu izləyib.
İllər ərzində bir çox lüks brendlər rəqabətə davam gətirmək üçün birləşib: "Kering" (KER.PA) portfelində "Bottega Veneta", "Balenciaga" və digər markaları saxlayır, "Tapestry" (TPR) isə "Coach", "Kate Spade" və "Stuart Weitzman" ilə fəaliyyət göstərir. Eynilə "Capri Holdings" də "Versace", "Jimmy Choo" və "Michael Kors" markalarını öz brendləri altına alaraq bu strategiyanı izləyirdi.

"Capri Holdings" 2018-ci ildə "Versace"ni alarkən rəhbərlik bu brendin illik gəlirini 2 milyard dollara, "Jimmy Choo"nun 1 milyard dollara və "Michael Kors"un isə 5 milyard dollara çatdırılmasını hədəfləyirdi. Lakin dörd illik zəif performansdan sonra "Capri Holdings", "Versace" və "Jimmy Choo"nun satışını nəzərdən keçirməyə başladı.
2024-cü ildə "Versace" 1 milyard dollar, "Jimmy Choo" isə 618 milyon dollar gəlir əldə edib. "Capri"nin ən iri brendi olan "Michael Kors"un gəliri isə 3,5 milyard dollara bərabər olub. Ümumilikdə, "Capri Holdings"in bütün brendləri üzrə gəliri 5 milyard dollar təşkil edib. Şirkətin "Jimmy Choo"nu da satmağı planlaşdırdığı barədə şayiələr yayılıb.
"Prada"-"Versace" sövdələşməsi çərçivəsində "Versace"nin yaradıcısı Canni Versacenin (Gianni Versace) bacısı Donatella Versace, təxminən 30 illik fəaliyyətindən sonra yaradıcı direktor vəzifəsindən ayrılaraq markanın baş səfiri rolunu yerinə yetirəcək. Onu isə "Bottega Veneta", "Gucci", "Miu Miu" və "Prada"da çalışmış tanınmış dizayner Dario Vitale əvəz edəcək.
"Biz 'Versace'nin cəsur və zamanın fövqündə dayanan estetik irsini qorumağı və yenidən şərh etməyi hədəfləyirik", – "Prada Group"un sədri Patrizio Bertelli bildirib. – "Eyni zamanda, bu brendə illərlə davam edən sərmayələr və dərinləşmiş əlaqələr sayəsində güclü bir platforma təqdim edəcəyik".
Aydın





















































